BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO-çular Rəsulzadənin məzarüstü abidəsini təmir ediblər (17/12/2017)

18:58 / 17-12-2017   /   baxış - 370

 

17 dekabr 2017-ci il tarixində Türkiyədə rəsmi səfərdə olan Bütöv Azərbaycan Ocaqları (BAO) nümayəndə heyəti, BAO İstanbul Təmsilçiliyinin üzvləri, bir gün öncə “21 Azər” hərəkatı ilə bağlı keçirilmiş tədbir iştirakçılarından bir qrupu Ankaradakı Əsri Məzarlıqda Ulu Öndər Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər.

Rəsulzadə-Elçibəy yolunun davamçısı olan BAO-nun təşkilatçılığı və maliyyə dəstəyi ilə ziyarət ərəfəsində M.Ə.Rəsulzadənin məzarında təmir və abadlaşdırma işləri də aparılmışdır.

Öncə ziyarət iştirakçıları məzara gül dəstələri qoymuş, Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə mərasim açıq elan edilmişdir.

BAO Başqanı Zahir Əlisoy, Güney Azərbaycan Demokrat Partiyasının (GADP) Başqanı Mahmud Bilgin, Azərbaycan Milli Dirəniş Hərakatının (AMDH) təmsilçisi Məcid Araz, BAO Mərkəzi Şurasının üzvü Hakim Sadıqlı çıxış edərək M. Ə.Rəsulzadənin xidmətlərindən, həyat və fəaliyyətindən və s. danışmışlar.

BAO Başqanı Zahir Əlisoy M.Ə.Rəsulzadənin məzarının abadlaşdırlmasına zəhməti olanlara təşəkkür etmişdir.

Mərasimdən sonra Ulu Öndər Məhəmməd Əmin Rəsulzadənin xanımının məzarını da ziyarət edilmişdir.

Tədbirdən videomateriala aşağıdakı likdən baxa bilıərsiniz:

https://www.facebook.com/Bao.az/videos/1807302949288732/

 

FOTOLAR:

 

TƏMİRDƏN ÖNCƏ:

BAO İnformasiya Xidməti

17.12.2017.