BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqlarının (BAO) bəyanatı (25.02.2014)

23:50 / 20-12-2014   /   baxış - 1544

Bütöv Azərbaycan Ocaqlarının

BƏYANATI

21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə Güney Azərbaycanın bir çox bölgələrində keçirilən tədbirlərdə onlarla milli-mədəni fəal pozulmuş dil haqlarını səsləndirdiklərinə görə şovinist rejim tərəfindən saxlanılmış və mühakimə olunmuşdur. Biz soydaşlarımızın öz milli haqları uğrunda rejimə qarşı fədakar mübarizəsini yüksək qiymətləndirir, alqışlayır və inanırıq ki, bu ədalətli mübarizə yaxın gələcəkdə xalqımızın qələbəsi ilə nəticələnəcəkdir!

Bütöv Azərbaycan Ocaqları

Bakı, 25.02.2014