BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO Mərkəzi Şurası bəyanat yayıb

21:46 / 22-02-2017   /   baxış - 433

Fevralın 22-də Bütöv Azərbaycan Ocaqları (BAO) Mərkəzi Şurası (MŞ) Güney Azərbaycandakı soydaşlarımızla bağlı bəyanat verib. Bəyanatın mətni aşağıdakı kimidir:

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) Mərkəzi Şurasının (MŞ)

Bəyantı

Fevralın 21-də Beynəlxalq Ana Dili Günündə Tehran rejiminin məhkəməsi Güney Azərbaycanda milli mədəni fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi haqda ağır hökm çıxarmışdır. Soydaşlarımız haqda qanunsuz cəmiyyət təşkil etmək, milli təhlükəsizliyə qarşı toplaşma və birgə fəaliyyət göstərmək ittihamı ilə üst üstə 45 il həbs və 8 il sürgün cəzası kəsilmişdir.

Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurası bu addımı Tehran rejiminin soydaşlarımıza qarşı növbəti diskriminasiyası kimi dəyərləndirir və beynəlxalq qurumları bu məsələyə biganə qalmamağa çağırır."Yaşasın Türk birliyi!!! Yaşasın qardaşlığımız!.

 

Bütöv Azərbaycan Ocaqlarının Mərkəzi Şurası

Bakı, 22.02.2017.