BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqlarının 2006-cı il may hadisələrinin ildönümü ilə bağlı bəyanatı (21.05.2014)

00:01 / 21-12-2014   /   baxış - 1558

Bütöv Azərbaycan Ocaqlarının 2006-cı il may 

hadisələrinin ildönümü ilə bağlı

 

BƏYANATI

 

22 may 2006-cı il tarixi Azərbaycan türklərinin azadlıq mücadiləsinin şanlı səhifələrindən birinə çevrilmişdir. Özünə qarşı təhqiramiz yazıdan qəzəblənən xalqımız həmin gün şovinist fars rejiminə qarşı ayağa qalxaraq öz birliyini, gücünü və iradəsini nümayiş etdirdi, minlərlə soydaşımız küçə və meydanlara çıxaraq öz milli haqlarını tələb etdi, şovinist rejimi ifşa edən şüarlar səsləndirdi. Bu milli qiyamın qarşısını silah gücünə alan qəddar rejim yüzlərlə soydaşımızı həbs, işgəncə və qətllərə məruz qoydu. Lakin bu hadisə milli hərəkat və milli şüurumuzun inkişafında bir dönüş və yüksəliş nöqtəsi oldu.  

Güney Azərbaycan Milli hərəkatı bu gün də şovinist fars rejiminə qarşı əzmkar mübarizəsini yüksələn xətt üzrə davam etdirir, fədakar hərəkatçılarımız məhbəslərdə də aclıq aksiyası keçirməklə qəddar rejimə öz etirazlarını bildirirlər. Belə bir durumda bu hərəkata dəstək vermək hər birimizin vicdan borcudur. Biz güneyli-quzeyli bütün həmvətənlərimizi fars şovinizminə qarşı mübarizədə birləşməyə, Güney Azərbaycan Milli hərəkatına mümkün sivil vasitələrlə dəstək verməyə çağırırıq. Bu haqq mübarizəsində Tanrı bizə yar olsun!

 

Bütöv Azərbaycan Ocaqları

Bakı, 21.05.2014