BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Qərib Soltanın dərdli-sirli məzarı və biz” mövzusunda növbəti diskussiya (14/01/2017)

20:30 / 14-01-2017   /   baxış - 890

14 yanvar 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun (DTQ) təşkilatçılığı ilə “Qərib Soltanın dərdli-sirli məzarı və biz” mövzusunda növbətidiskussiya keçirildi. 

Tədbiri giriş sözü ilə BAO Dil və Tarix Qurumunun (DTQ) rəhbəri Elmar Həsənli  açdı. Öncə Həsən bəy Zərdabi və qızı Qərb Soltanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra əlsəfə üzrə elmlər doktoru, dosent, Xatirə Quliyeva mövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, H.Zərdabinin və qızı Qərib Soltanın məzarının yerinin bir neçə dəfə dəyişdirilməsi haqqında geniş məlumat verdi və indiyədək bu mövzuda aparılmış araşdırmalarda ciddi yanlışlıqların olduğunu vurğuladı. Məruzəçi həmçinin Qərib Soltanın hazırda məlum olan məzarına diqqət göstərilməməsindən öz narazılığını bildirdi. X.Quliyeva qeyd etdi ki, dəfələrlə aidiyyatı orqanlara bu barədə müraciət etsə də heç bir nəticəsi olmayıb.

Daha sonra tədbir iştirakçılarından Mahir Qabiloğlu, Oqtay Daşoğuz, Tural Turan, Dilavər Əzimli, Cavanşir Beydullayev və b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.

FOTOLAR:

BAO İnformasiya Xidməti

14.01.2017.