BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan tonqalı ətrafında Novruz şənliyi (18/03/2017)

21:52 / 18-03-2017   /   baxış - 629

18 mart 2017-ci il  tarixində Bakı şəhərinin mərkəzində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Novruz şənliyi keçirilib. BAO tərəfindən ənənəvi olaraq hər il təşkil olunan şənlik hündür ərazidə "Bütöv Azərbaycan" adına qalanmış nəhəng Novruz tonqalı ətrafında gerçəkləşdirilib. Bütöv Azərbaycan tonqalı eyni anda Güneyli-Quzeyli Bütöv Azərbaycanın və Türkiyənin bir neçə şəhərində yandırılıb.

Tədbirdə BAO fəalları, şəhər sakinləri, uşaqlar, yeniyetmə və gənclər iştirak ediblər. Şənlikdə canlı saz ansanblı və qara zurnada milli musiqilər və marşlar səsləndirilib, təbriklər deyilib, bayram və vətənpərvərlik ruhlu şeirlər söylənib, yumurta döyüşdürülüb, insanlar tonqal ətrafında yallı gedib və rəqslər ediblər. 

VİDEO (BAO TV):

 

FOTOLAR:

 

Bao İnformasiya Xidməti

18.03.2017