Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türkiyənin Azərbaycandakı səfirliyinə cümhuriyyət bayramı münasibəti ilə təbrik
Məktubu
Sayın səfir Alper Coşkun!
91 il öncə, dağılmış Osmanlı imperatorluğunun yerində ulu öndər M.K.Atatürkün başçılığı altında minlərlə qəhrəman türk əsgərinin şəhid olduğu Qurtuluş Savaşı nəticəsində Türkiyə Cümmhuriyyəti qurulmuşdur. Bu cümhuriyyət sovetlər süqut edənədək yeganə müstəqil türk dövləti kimi yaşamış, türk dili və mədəniyyətinin qorunub saxlanılması və inkişafında mühüm rol oynamışdır. Türkiyə dövləti bu gün artıq dünyanın ən güclü 20 dövləti sirasında yer almış və bölgədə böyük hərbi-siyası və iqtisadi təsir gücünə malik olmuşdur. Sürətlə inkişaf edən Türkiyə Cümhuriyyəti bu gün bütün türk dünyasının fəxridir və hələ öz azadlığını əldə etməmiş türk xalqları da öz azadlıq mücadilələrində hər zaman Türkiyəni özlərinə arxa sayırlar.
Sayın Alper Coşkun!
Sizi Cümhuriyyət bayramı münasibəti ilə təbrik edir, qardaş Türkiyə Cümhuriyyətinə hərtərəfli, davamlı inkişaf və yeni-yeni nailiyyətlər arzulayırıq.
Bütöv Azərbaycan Ocaqlarının
Başqanı: Zahir Əlisoy
Bakı, 28.10.2014.