Məlum olduğu kimi Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının ideoloji məsələlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlinin koronavirusla mübarizəsi davam edir. Dilavər bəyin səhhətində ciddi problemlər yaranıb. Son iki gündə vəziyyəti kəskin pisləşib. FHN-nin Zığ qəsəbəsindəki modul tipli xəstəxanasının reanimasiyasında süni nəfəs aparatına qoşulmuş Dilavər bəyin təzyiqi çox yüksək, saturasiyası çox aşağı, 68-dir.
Bununla bağlı Azərbaycan Prezidentinə müraciət imzalanıb. Müraciətdə Dilavər bəyin müalicəsinin gedişatını nəzarətinə götürməsini xahiş edilib.
Müraciət imza üçün açıqdır. İstəyən hər bir şəxs qoşula bilər. Müraciətə qoşulmağı arzu edənlər yorum (comment) yerinə ad və soyadlarını, titullarını yazsınlar.
Müraciətin mətni aşağıdakı kimidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Pandemiya şəraitində insanlarımızın sağlıq durumu və səhhəti ilə bağlı çox ciddi problemlər yaşanır. Bilirik ki, bu xəstəlik bütün dünyanı bürüyüb, Azərbaycandan da yan keçməyib və təəssüf ki, bir çox insanlarımız bu amansız xəstəlikdən dünyadan köçür.
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının müstəqillik qazanması uğrunda Xalq Hərəkatının fəallarından olan, Azərbaycanın milli ruhunu və milli tarixini araşdıran, elmimizin inkişafında hər zaman ön sıralarda dayanan, I Qarabağ müharibəsinin qazisi, pedaqoq, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli də dünyanın bəlasına çevrilən “COVİD-19” xəstəliyi ilə mübarizə aparır.
Hal-hazırda o, Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında müalicə alır. Çox təəssüf hissi ilə qeyd edirik ki, vəziyyəti kəskin ağırlaşan Dilavər Əzimli artıq 04.01.2021-ci il tarixindən süni nəfəs aparatına qoşulub.
Hörmətli cənab Prezident!
Bu gün dövlətini, millətini sevən, minlərlə tələbənin sevimli müəllimi olan, hər zaman Azərbaycan ideologiyası ilə yaşayıb-yaradan ziyalımız Dilavər Mirzəkişi oğlu Əzimlinin həyatı üçün böyük təhlükə var və bu cür alimimizin itirilməsi Azərbaycanın tarixi, tarixinin araşdırılması üçün də ciddi problem yarada bilər.
Möhtərəm cənab Prezident!
Xahiş edirik, Azərbaycanın tarixçi alimi Dilavər Əzimlinin səhhətinin normala qayıtması və "COVİD 19" xəstəliyindən müalicə olunması üçün səlahiyyətli dövlət qurumlarına müvafiq göstəriş verəsiniz.
Hörmətlə,
İqbal Ağazadə
Ümid Partiyasının sədri
Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili
Pənah Hüseyn
Xalq Partiyasının sədri
Sərdar Cəlaloğlu
Azərbaycan Demokrat Partiyasının sədri
Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri, millət vəkili
Zahir Əlisoy
Bütöv Azərbaycan Ocaqlarının başqanı
Paşa Həsənli
Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının sədri
Qələndər Muxtarlı
Millətçi Demokrat Partiyasının sədri
Zaur Qəriboğlu
jurnalist
Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Mərkəzinin sədri
Tural Abbaslı
Ağ Partiyanın sədri
Əvəz Zeynallı
jurnalist
Qafar Çaxmaxlı
Jurnalist, Ərciyəz Universitetinin professoru
Əli Mustafa
Demoratik Dəyişim Platformasının sədri
Qulamhüseyn Əlibəyli
Aydınlar Partiyasının sədri
Qorxmaz İbrahimli
Aydınlar partiyası sədrinin müavini
Azər Rəşidoğlu
politoloq
Alı Balayev
tarix üzrə fəlsəfə doktoru, dosent, BAO başqanının siyasi məsələlər üzrə müavini
Eldəniz Abbaslı
pedaqogika üzrə fəlsəfə doktoru
Mübariz Ağalarlı
AMEA Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent
Bəxtiyar Həsənov
AMEA Tarix İnstitutunun böyük elmi işçisi
Məhəmməd Cəbrayılov
AMEA Tarix İnstitutunun böyük elmi işçisi
Şahlar Şərifov
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent
Araz İftixari
AMEA Tarix İnstitutunun böyük elmi işçisi
Ləman Ələşrəfqızı
jurnalist
Məhəmməd Əsədullazadə
Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq
Əziz Mustafa
jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Məhsəti İsmayıl
filologiya üzrə fəlsəfə doktoru, dosent
Əli Hacı Ağaevli
Hüquqi, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin direkroru
Elxan Məmmədov
Ali Aliyev
filologiya üzrə fəlsəfə doktoru, dosent
Zaur Ələkbərov
Şəmsəddin Rəhimli
Faiq Ələkbərli
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini
Təbriz Musayev
İrəvan Azadlıq Təşkilatının sədri
Ruhəngiz Kərimli
BAO üzvü
Rəşid Mustafazadə
jurnalist, ictimai fəal
Mehparə Aslanova Azərbaycan Demokratik Maarifçilik Partiyasının üzvü
Rafiq Əli
müəllim
Ramil Rüstəmov
tarix üzrə fəlsəfə doktoru
Təranə Rüstəmova
AMEA Əlyazmalar Institunun doktorantı, AMEA MEK-in sektor müdiri
Namiq Musalı
Türkiyə, Kastamonu Universitetinin professoru
Vüsalə Musalı
Türkiyə, Kastamonu Universitetinin professoru
Araz Şamilov
"Tariximizə Sahib Çıxaq" tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri
Zəkulla Bayramlı
filologiya üzrə fəlsəfə doktoru, dosent
Bayram Quliyev
tarix üzrə fəlsəfə doktoru
Yusif Dirili
Mirmahmud Mirəlioğlu
Klassik Xalq Cəbhəsi Partiyasının lideri
Kamalə Əliyeva
tarix üzrə fəlsəfə doktoru, dosent
Anar Qarayev
ADPU Tarix-Coğrafiya Fakültəsinin tələbəsi
Xalid İslamov
müəllim
Nüşabə Bayramlı
AMEA-nın əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent
Bilal Yahyayev
ADPU Tarix-Coğrafiya Fakültəsinin tələbəsi
Hacı Həsənov
AMEA Tarix İnstitunun aparıcı elmi işcisi.t.ü.f.d.dosent
Kamran İsmayılov
AMEA Tarix İnstitunun aparıcı elmi işcisi.t.ü.f.d.dosent
Boran Əziz
BDU-nun baş müəllimi.t.ü.f.d.dosent
Zeynəb Qafarova
AMEA Tarix İnstitunun aparıcı elmi işçisi.t.ü.f.d.dosent
Elmira Məmmədova-Kekeç
fəlsəfə doktoru, dosent
Elnur Kazimov
şərqşünas, AMEA Tarix İnstitutunun doktorantı
Pərnisə Əsgərova
miniatür rəssamı
Aydın Qasımlı (Mədətoğlu)
filologiya üzrə fəlsəfə doktoru, dosent
Fuad Mütəllibov
ADPU Tarix Coğrafiya Fakültəsinin tələbəsi
Əli Məmmədli
ADPU Tarix Coğrafiya fakültəsi Tələbəsi
Ellada Hüseynli
ADPU-nun Tarix Coğrafiya Fakültəsinin tələbəsi
Əlövsət Əliyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Emin Orucov
"Azərbaycan bayrağı ordenli" 2-ci qurup Qazi
Kamalə Əliyeva
tarix üzrə fəlsəfə doktoru, dosent
Rüfət Muradlı
siyasətçi-jurnalist
Mahmud Araslı
Miribrahim Cabbarov
Azərbaycan Universiteti Humanitar Fənlər Fakultəsinin tələbəsi
Tural İrfan
Milli Cəbhə Partiyasının sədr müavini, İlahiyyatçı-yazar
Cavid Qasımov
Yüzüncü Yıl Universitetinin dosenti
Mehman Əhmədov
İlqar İlkin
"Birlik" jurnalının Baş redaktoru
Vidadi Hüseyn
Daşqın Ağalarlı
siyasi fəal
Hümbət Məmmədzadə
Sönməz Abbaslı
Anar Can Kıtay
İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi təşkilatının sədri
Elməddin Quliyev
Həmid Ormanlı
Terahim Əsgər
Azad Respublikaçılar Partiyasının sədr müavini
İsaməddin Musayev
Azərbaycan Dövlət Pedaqoji Universiteti Ümumi Tarix və Tarixin tədrisi texnalogiyası kafedrasının baş müəllimi
Ramin Quliyev
Azərbaycan Dillər Universitetinin müəllimi
Elnur Məmmədov
İstanbul Universitetinin tarix üzrə magist tələbəsi
Natiq Alışov
tarix üzrə fəlsəfə doktoru
Musa Əmiraslanov
tarix müəllimi
Rəfayil Əhmədli
professor
Eldar Əhmədov
müəllim
İlkin İmanlı
BAO üzvü, Qərbi Kaspi Üniversitetin tələbəsi
Rafiq Daşdəmirli
MCP SŞ-nın üzvü
Ahmet Taşğın
Ankara Hacı Bayram Veli Universitetinin professoru
Azər Abdulla
"Oğuz Eli" qəzetinin Baş redaktoru
Yusif Baba
Şirvani Ədilli
Vaqif Şirinoğlu Abışov, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, tarix üzrə elmlər doktoru
Ərşad Həsənov
BDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru
Musa Əmiraslanov
müəllim
Əbülfəz İsrafilov
müəllim
Məhəmməd İsrafiloğlu
tarixçi-yazar
Mirzə Mirzəyev
Şöhrat Salamov (Barlas)
Özbəkistan, AMEA Tarix İnstitutunun Fəxri doktoru
Zakir Ağdamlı
İctimai xadim, Beynəlxalq Sülh Səfiri, RVŞ-nın üzvü
Turqut Hürmuzlu
İraq Türkmən Cəbhəsi Mətbuat müşaviri;
Türkməni Türk Dünyası İlətişimcilər Dərnəyinin Türkməneli Başqanı;
TÜRKMƏNELİ TV-nin maliyyə müdürü
İraq / Kərkük
Eşqanə Babayeva
fəlsəfə doktoru, dosent
Polad Xəlilov
AMEA Tarix İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Vurğun Məmmədov
Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan tarixu kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru...
BAO İnformasiya Xidməti.
Bakı, 06 yanvar 2021-ci il.