BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO Güney Azərbaycanlı milli-mədəni fəal, təşkilatın fəxri üzvü Murtaza Muradpurun yenidən saxlanılması ilə əlaqədar bəyanat verib (06/03/2017)

23:56 / 06-03-2017   /   baxış - 835

Bütöv Azərbaycan Ocaqları (BAO) Güney Azərbaycanlı milli-mədəni fəal, təşkilatın fəxri üzvü Murtaza Muradpurun yenidən həbs olunması ilə əlaqədar bəyanat verib. Bəyanatın mətni aşağıdakı kimidir:

Bütöv Azərbaycan Ocaqlarının (BAO)

Bəyantı

Məlum olduğu kimi 5 mart 2017-ci il tarixində Güney Azərbaycanlı milli-mədəni fəal, BAO-nun fəxri üzvü Murtaza Muradpur Təbriz şəhərində heç bir səbəb göstərilmədən İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) üzvləri tərəfindən saxlanılıb. Milli-mədəni fəaliyyətinə görə bir neçə dəfə həbs olunmuş M.Muradpur sonuncu dəfə 2015-ci il mayın 18-də həbs edilmiş, həbsxanada məhkəmənin qanuna zidd qərarına etiraz olaraq 65 gün aclıq aksiyası keçirmiş, aclıq aksiyasını dayandırdıqdan bir gün sonra – 29 dekabr 2016-cı il tarixində tələbi yerinə yetirilərək azadlığa buraxılmışdı.

Biz Bütöv Azərbaycan Ocaqları olaraq M.Muradpurun ədalətsiz olaraq yenidən saxlanılmasını şovinist İran rejiminin milli fəallara qarşı apardığı repressiv siyasətin tərkib hissəsi kimi qiymətləndirir və onun dərhal azadlığa buraxılmasını tələb edirik.

Bütöv Azərbaycan Ocaqları

Bakı, 06.03.2017.