Bütöv Azərbaycan Ocaqlarının (BAO) Mərkəzi Şurası (MŞ) və BAO-nun Dil və Tarix Qurumu Güney Azərbaycanda milli haqları uğrunda mübarizə apardıqlarına görə həbs olunan və hal hazırda məhbəsdəki ədalətsizliklərə etiraz əlaməti olaraq aclıq edən Yürüş Mehrəlibəyli, Behnam Şeyxi, Mahmud Ocaqlı və digər fəallara aclıq aksiyasını dayandırmaları üçün müraciət edib.
Müraciətdə onların iradəsi və əzmi yüksək dəyərləndirilməklə bərabər, milli haqların əldə olunması və azad, demokratik cəmiyyətin qurulması yolunda Azərbaycanımızın qəhrəman övladlarınn fiziki varlığının da vacib olduğu vurğulanıb: “Sizlər, öz iradənizlə bu mübarizədə zəfər qazandınız, Güney Azərbaycanın sabahı və sizləri daim aramızda görmək istədiyimiz üçün bu aksiyanı dayandırmanızı rica edirik!”.
BAO, 13.5.2014.