BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqlarının (BAO) bəyanatı (05.11.2014)

00:23 / 21-12-2014   /   baxış - 1734

Bütöv Azərbaycan Ocaqları (BAO) Güney problemi ilə məşğul olan təşkilatlar və şəxslərin fəaliyyəti ilə bağlı bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir: 

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO)

Bəyanatı

Biz Bütöv Azərbaycan Ocaqları olaraq Güney problemi ilə məşğul olan bütün təşkilatlar və şəxslərlə normal münasibətləri saxlayır, onlar arasında olan ziddiyyətlərə münasibətdə neytral və barışdırıcı mövqedə dayanmağa üstünlük verir və hesab edirik ki, bu mövqeyimiz ümumi hədəfimizin gerçəkləşməsinə daha çox xidmət etmiş olar.

Lakin təəssüf ki, bəzən Güney problemi ilə məşğul olan təşkilatlar və şəxslər arasında münasibətlər az qala düşmənçilik həddinə çatır və hətta bəzi şəxslər əsaslı dəlil olmadan İran rejiminin casusu olmaqda ittiham edilir. Son vaxtlar belə ittihamlarla qarşılaşan şəxslərdən biri də Bütöv Azərbaycan Ocaqlarının Mərkəzi Şurasının üzvü Rüfət Muradlıdır. Biz hesab edirik ki, vətənimizin və milləltimizin bir neçə yerə bölünmüş olduğu bir dövrdə bu cür düşmənçilik və ittihamlar hədəfə gedən yolda mübarizə gücümüzü və iradəmizi daha da zəiflədir. Ona görə də biz  Güney problemi ilə məşğul olan əqidədaşlarımızı bu cür ittihamlardan çəkinməyə və ümumi hədəfimiz olan Bütöv Azərbaycan uğrunda mübarizədə öz güclərini birləşdirməyə çağırırıq.

Bütöv Azərbaycan Ocaqları

                                                                                Bakı, 05.11.2014.