BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO-da yeni təyinat olub

23:27 / 23-01-2017   /   baxış - 418

Bütöv Azərbaycan Ocaqları (BAO) Başqanı Zahir Əlisoyun yeni sərəncamına əsasən fəlsəfə doktoru Eldəniz Abbaslı BAO-nun “Türk Dünyasını Araşdırmalar Qurumu”nun rəhbəri təyin edilmişdir. Adı çəkilən qurum BAO-nun Türk dünyası ilə əlaqələr üzrə müavinliyin tərkibində yaradılmışdır.

Xatırladaq ki, BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini fəlsəfə doktoru Faiq Ələkbərlidir.

BAO İnformasiya Xidməti

23.01.2017