BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Turan İmperiyasının tarixi və mahiyyəti. II yazı

19:11 / 23-02-2017   /   baxış - 419

Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)

Turan-İran problemiylə bağlı üç müddəaya (arilərlə turanlılar bir-birinə yad xalqlardır, arilərlə turanlılar bir-birlərinə doğma irqin aşağı-yuxarı budaqlarıdır və Turan coğrafiya, ölkə adıdır) diqqət yetirdikdən sonra iki məsələnin: 1) bugünkü coğrafiyamızda Turan/Türk-İran/Ari xalqlarının üz-üzə gəlməmişdən öncə var olmuş Turan İmperiyasının və Turan mədəniyyətinin varlığının, 2) ilk Turan/Türk-İran/Ari xalqlarının qarşılaşması və onun doğurduğu mədəniyyət mübadilələri nəticələrinin, aydınlaşmasını vacib hesab edirik. Hər halda, son zamanlarda miladdan öncə II minilin sonu, I minilin əvvəllərinə qədər, yəni Ön Asiya və Orta Asiyada İran/Ari xalqlarının izi-tozu belə olmadığı dövrlərdə, onlardan fərqli olaraq Turan/Türk xalqlarının həmin ərazilərin aborigenləri olması, hətta burada Turan İmperiyasını qurmalarıyla bağlı mülahizələr geniş yayılmışdır. Bu cür mülahizələrə görə, həmin dövrə qədər də Ön Asiya, Orta Asiya və Kiçik Asiyada Türklərin/Turanlıların bu və ya digər dərəcədə təmasda olduqları Sumer, Sami, Dravid, Elam, Fin-uqor, Qafqaz-Hurri xalqları olmuşlar. Başqa sözlə, Turan-İran xalqları bir-biriylə qarşılaşmamışdan öncə, yəni m.ö. II minilin sonu, I minilin əvvəllərinə qədər özəlliklə, Ön Asiya və Orta Asiyanın, o cümlədən Xəzər dənizinin hər iki tərəfində, yəni həm şərq tətəfi olan Türküstanın, həm də qərb tərəfi olan Azərbaycanın əsas yaşayanları Turan/Türk mənşəli xalqlar olmuş, bu ərazilərdə də onlar Turan İmperiyasını qurmuşlar. Miladdan öncə IV-II minilliklərdə Xəzər dənizinin Qərbi ilə Cənub-Qərbində, yəni Böyük Azərbaycanda, o cümlədən Şimal-Şərqində, yəni Qıpçaq çöllərində və Şərqində, yəni Türküstanda yaşayan bütün xalqlar da Turan İmperiyasının tərkib hissəsi olmuşlar.

Turan İmperiyasının, Turan/Türk uyğarlığının varlığı haqqında bir neçə nəzəriyyə mövcuddur. Bəzi müəlliflər ilk Böyük Turan İmperiyasının Nuh peyğəmbərdən öncə, Mu qitəsinə (bu qitənin sonralar Sakit okeanın altında qaldığı güman olunur) aid Günəş İmperiyasının süqutundan sonra var olduğunu və Tufan nəticəsində aradan qalxdığını iddia edirlər. Buna nümunə kimi də, Ceyms Çörçvordun “Batmış qitə Munun uşaqları” kitabında Günəş İmperiyasının süqutundan sonra, vaxtilə onun müstəmləkəçiliyi altında yaşayan Uyğurların Böyük Uyğur İmperiyasını yaratmasıyla izah edirlər. Böyük Uyğur İmperiyasını ilk Böyük Turan İmperiyası kimi eynilşədirən müəlliflərə görə, paytaxtı Xora-Xota (Qor Ata) olan bu imperiya təxminən XX-XVII minil əvvəl Asiyanın Sarı dəniz sahillərində yaranmış və Avropaya qədər genişlənmişdir. Çörçvordun bu nəzəriyyəsini müdafiə edən Azərbaycan alimi Qara Namazova görə, qədim Azərbaycan əraziləri də Böyük Uyğur İmperiyasının tərkib hissəsi olmuşdur ki, Nuh peyğəmbərin dövründə bu imperiyada baş verən “Tufan”ın izləri Şimali Azərbaycan ərazisindəki Qobustan və Gəmiqaya qayaüstü abidələrində də təsvir olunmuşdur. Qara Namazov yazır: “Tufandan qalma təsvirlərlə Qobustan və Orta Asiya təsvirləri bir-biri ilə çox səsləşir və belə deməyə əsas var ki, Qobustan təsvirlərinin də ən qədim nümunələri elə Uyğur qayaüstü təsvirlərinin demək olar ki, eynidir... Hətta, yer adları da bir-birlərinə bənzəyirlər. Bu maddi mədəniyyət abidələrinin eyniliyi də bu torpaqlarda  hələ XX min il əvvəl Uyğrların-Türklərin yaşadıqlarını təsdiqləyən faktlardır... Bu səsləşmələr bir-birini tamamlayırsa, deməli. Bizim arxeoloqlarımızın təxmin etdiyi Qobustan abidələri 5,8 min il əvvəl yox, daha qədimlərə-Uyğur İmperiyasının yaşadığı dövrlərə gedib çıxır. Bu yöndə uyğurların, yəni Türklərin Güney Qafqazda XX min il öncə bir imperiya kimi yaşamaları nəticəsinə gəlinməlidir”.

Nuh peyğəmbərin dövründə baş vermiş “Tufan”a, yəni Yer kürəsinin ərazisinin xeyli bir qisminin su altında qalmasına qədər mövcud olan ilk Turan İmperiyası haqqında hansısa elmi faktlardan çıxış etmək çox zor görünsə də, bu məsələnin ciddiyə alınması və araşdırmaların davam etdilməsi düçüncəsindəyik. Hər halda “Tufan”a qədərki xalqlar və onlara məxsus dövlətlər haqqındakı bilgilərin çoxalması daha çox Türklərin qədim tarixinə işıq tutmaqdadır. Özəlliklə, türklərin Mu qitəsinin Günəş İmperiyasıyla ondan sonrakı Uyğur/Turan İmperiyası dövründə ortaya qoyduqları milli-dini dəyərlər (Tanrıçılıq inancı, Günəş inancı və b.), dövlətçilik ənənələri (ədalətlilik, sosial bərabərlik, Turan taktikası və b.), elmi nailiyyətlər tamamilə məhv olmamış, daima öz nüvəsini qoruyub saxlamışdır. Bu anlamda “Tufan”dan əvvəl və sonra meydana çıxan dövlətlərdə, onların ortaya qoyduqları mədəniyyət abidələrində Türklərin/Turanlıların mühüm rol oynaması qənaətindəyik.

Hesab edirik ki, Nuh peyğəmbərin dövründə baş vermiş “Tufan”dan sonra da Türklər/Turanlılar Orta Asiya və Ön Asiyada, özəlliklə Xəzər dənizini də öz içinə alan “Turan ovalığı”nda məskunlaşaraq ikinci Böyük Turan İmperatorluğunuqurmuş,eyni zamanda yeni mədəniyyət ortaya qoyaraq, onu dünyada yaymağa başlamışlar. “Tufan”dan sonra ilk mədəniyyət mərkəzinin m.ö. X-VI minillərdə “Turan ovalığı”nda, yəni Türküstanda  yarandığını iddia edən Azərbaycan türk aydınlarından Aydın Mədətoğlunun gəldiyə nəticə də odur ki, ““Tufan”dan sonrakı mədəniyyət tarixi eradan əvvəl III minillikdə şəhər dövlətləri yaratmış Şumerlərlə deyil, eradan əvvəl X-VI minilliklərdə Çayhun və Sayhun çayları ətrafında yaşamış Böyük Turan İmperatorluğunun xələfi və Şumerlərin ulu babaları olan Turanlılarla başlayır”.Əslində bəzi Azərbaycan türk alimləri bununla demək istəyirlər ki, “Tufan”dan sonra dünyada mövcud olan ilk dövlətçilik və mədəniyyət ənənələri ilk olaraq m.ö. X-VI minilliklərdə əsasən Orta Asiyanı əhatə edən Turandan/Türküstandan başlamış, ikinci dəfə m.ö. VII-II minilliklərdə Böyük Azərbaycanda da yayılmış və üçüncü olaraq m.ö. IV-II minillərdə Dəclə-Fərat çayları arasındakı Şumerlərlə və başqa mədəniyyətlərlə davam etmişdir.

Biz də, hesab edirik ki, bütün hallarda dünya mədəniyyətinin ya da uyğarlığının ilk başlanğıcı tarixçilərin əksəriyyəti tərəfindən m.ö. IV minilin ortalarında İkiçayarasına “gəlmə” sayılan, ancaq hardan gəldikləri bəlli olmayan Şumerlər/Sümerlər deyil, onlar üzərində böyük təsiri olmuş ya da Sümerlərə qohum olmuş Ptototürklər/Turanlılardır. Hər halda Ptototürklərin/Turanlıların Sumerlərlə münasibətlərinin olmasını bütün Türk alimləri qəbul etdikləri halda, ancaq Sumerlərin türk mənşəliyi məsələsində fikirlər haçalanır. Məsələn, O.N.Tuna, Ə.Elçibəy, O.Süleymenov, Y.Yusifov, S.Əliyarlı və başqaları birmənalı şəkildə Sumerləri türk hesab etdiyi halda, M.İsmayılov, F.Ağasıoğlu və digərləri bu fikrə qatılmır, sadəcə, türklərlə Sumerlər arasında sosial-mədəni münasibətlərin olduğunu qəbul edirlər.

Şübhəsiz, indiki halda Qərb ideoloqları üçün də, dünyada ilk uyğarlıq hesab olunan Sumerlər mədəniyyətinin sahibinin hind/avropalı, sami, turan/türk ya da naməlum mənşəli xalqların olması kimi müxtəlif nəzəriyyələr səslənməsi daha əlverişlidir, nəinki Sumerlərdən də öncə yeni bir uyğarlığın varlığının ortaya çıxması. Hər halda alimlərin qədim sivilizasiyalarla apardığı araşdırmalar belə bir yeni fikri doğurur ki, əslində dünya alimlərinin bu gün ortaya qoyduqları bir çox sivilizasiyalar, o cümlədən  Şumer/Sumer mədəniyyətinin, şəhər-dövlətlərinin özü də başqa bir sivilizasiyadan qaynaqlanmışdır. Ancaq Qərbçi alimlər Şumer/Sumerdən öncəki mədəniyyətin, sivilizasiyanın formalaşdığı coğrafi ərazinin harada olmasına, eyni zamanda həmin coğrafi ərazilərdə məskunlaşmış xalqların etnik kimliyinə daha yaxşı bələd olduqları üçün, hələlik bu məsələdə susmağa üstünlük verirlər. Şübhəsiz, Qərb alimlərini susmağa məcbur edən Şumer/Sumerdən öncəki mədəniyyətin formalaşdığı coğrafi ərazinin daha çox Türküstan/Turan, həmin coğrafiyanın ən qədim xalqlarının isə Turan/Türk mənşəli olmasıdır. Ən mühüm də odur ki, Sumerlərin türk olub-olmaması mübahisəli olduğu halda, ancaq Sumerlərə Türklərin təsirinin olması fikri daha qüvvətli şəkildə ortaya çıxmaqdadır.

Əlbəttə, belə olduğu təqdirdə dünənə qədər Türk mədəniyyətini bütün mədəniyyətlərdən “gənc”, “barbar” hesab edən “Avropa mərkəzçi” Qərb alimləri üçün bunu, bir tərəfdən etiraf etmək çox ağır olduğu qədər də, digər tərəfdən indiki “Qərb sivilizasiyası”nın demokratikliyini, əvəzsizliyini, mükəmməliyini də sarsıdır. Bütün bunları doğru analiz edən Tatar mütəfəkkiri Rafael Muhametdinov da hesab edir ki, Sumerlərdən öncə olan yeni sivilizasiyanın ortaya çıxışı Avropa mərkəzçi düşüncənin sonu, Türk/Turan mədəniyyətinin isə yenidən dirilişi olacaqdır: “Bu, özəlliklə günümüzdə önəmlidir, çünki yaxın zamanlara qədər, Türk tarixinə Avropa-mərkəzçi baxış açısı, Türk xalqları gənc, barbar və özəlliklə köçəri bir qövm olaraq xəyal edirdi. Son zamanlarda bu görüş hər nə qədər sarsılmış olsa da tamamən çürüdülməsi üçün daha da çalışmamız lazım. Prototürkləri (Turanı, Turanlıları – F.Ə.), dünyadakı ilk uyğarlıq olaraq bilinən Sumer uyğarlığından daha öncə oluşan bir uyğarlıq olaraq qəbul etmənin zamanı gəlmişdir”.

Biz də qətiyyən şübhə etmirik ki, bu gün dünyada tarixi dəqiq bilinməyən, ya da çox az bilinən dövlətlərin və mədəniyyətlərin mahiyyətində ən çox Türk/Turan mədəniyyətinin damğası var. Çünki Türk/Turan mədəniyyəti bütün mədəniyyətlərin ən qədimidir. Hətta, bunu biz türklərdən çox Qərb alimlərin daha yaxşı bilməsi düşüncəsindəyik. Ən azı ona görə ki, Türk-Turan sivilizasiyasına aid yazılı, ya da maddi abidələr də bizlərdən çox Qərb alimlərinin əllərindədir. Üstəlik, dünya tarixinin, dünya elminin mərkəzi Qərb “elm”i olduğu üçün, ancaq oradan gələn bir fikrə möhtac qalmışıq. Qərb alimləri də dünya elmində nəinki ilk mədəniyyət olaraq Türk/Turan mədəniyyətini qəbul etmək niyyətləri var hətta, onun “gənc” və “barbar” olması iddiasında qalmaqdadırlar.

Ona görə də hesab edirik ki, Qərb sivilizasiyasını elmi cəhətdən əsaslandırmaq üçün onun tarixi köklərini “tapmaq” məsələsində “Avropa mərkəzçilər” çox hiyləgər yol tutmuşlar. Onlar bir tərəfdən Qərb sivilizasiyanın nüvəsi olan Yunan-Roma mədəniyyətindən də qədim mədəniyyətləri (Sumer, Elam və b.) özünküləşdirməyə cəhd etdikləri halda, digər tərəfdən həmin mədəniyyətləri Türk-Turan mədəniyyətindən uzaq tutmağa çalışırlar. Çünki Qərb sivilizasiyasının Yunan-Romadan başlaması bir müddət inandırcı görünsə də, sonralar öz əhəmiy­yətini itirmişdir. Belə  olduğu təqdirdə, Qərb alimləri dildə, mədəniyyətdə, fəlsəfədə daha dərinlərə, qədimlərə getmək niyyətinə düşmüşlər. Qərb alimlərinin bu niyyəti Ariliyin ya da Hind-Avropa nəzəriyyəsinin əsasını qoymuşdu ki, onun da köklərini Avropada dərinləşdirmək mümkün olmadığı üçün Şərqə, daha çox da Asiyaya üz tutmuşlar. Bu zamanda heç bir ciddi əsas olmadan hələlik, dünyada ilk sivilizasiya hesab edilən Şumer mədəniyyətini ya hind-avropa nəzəriyyəsinə bağlamağa çalışmış ya da naməlum mədəniyyət elan etməklə kifayətlənmişlər.

 



“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya keçiriləcək
22:39 / 08-03-2017
Turan İmperiyasının tarixi və mahiyyəti. I yazı
19:08 / 23-02-2017
Lozanna konfransı – Türkiyənin dünəni və bu günü
22:26 / 10-01-2017
Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! II yazı
23:36 / 09-01-2017
ANADOLU'DA VE BALKANLAR'DA ESKİ TÜRK İZLERİ
18:53 / 26-12-2016
Böyük Monqol Xaqanlığının gizli qəhrəmanları – 1 Subutay BahadırBöyük Monqol Xaqanlığının gizli qəhrəmanları – 1 Subutay Bahadır
22:15 / 20-11-2016
ƏNVƏR PAŞANIN SON MÜCADİLƏSİ
11:26 / 17-11-2016
Türkiyədə Cümhuriyyətin qurulduğu ilk dövrlərdə dünyəvilik probleminin ideoloji əsasları
18:50 / 07-11-2016
TÜRK MƏNŞƏLİ NUMİZMATİK MORFEMLƏRİN DİAXRONİK-DİALEKTOLOJİ ASPEKTLƏRİ
22:41 / 28-10-2016
Ələkbər Ələkbərov: Türk tarixinin qapalı səhifələri (2-ci hissə)
13:10 / 05-10-2016
Ələkbər Ələkbərov: Türk tarixinin qapalı səhifələri (1-ci hissə)
20:42 / 04-10-2016
Erməni yalanlarını ifşa edən qədim türk damğaları
21:37 / 11-09-2016
Oğuz xan - Aran əsilli Misir fironu
10:06 / 03-09-2016
Ukrayna Ermenileri ve ya Ermenileşen Kıpçaklar
11:28 / 25-07-2016
Türk-İslam dünyasına çağırışlar və cavablar. Yeni Turan fəlsəfəsi
00:00 / 06-07-2016
Səlahəddin Əyyubinin Türklüyünə dair ən ciddi mənbələrdən biri
23:49 / 14-06-2016