BÜTÖV AZƏRBAYCAN OCAQLARI
20 Yanvardan gəlirəm... - Zamin Qafarsoy

13:04 / 25-01-2017   /   baxış - 786

Yox, o vaxt bizim vaxtımızda 20 Yanvar metrosu yox idi. Söhbət 90-cı illərdən gedir. Mənim 20 yaşım olan vaxtlardan. İlin günün bu vaxtı sizi niyə narahat etdiyimi düşünməyə başlamadan öncə açıqlama verim. Mənim adım Xəyaldır. 1990-cı il 20 yanvar günü həyatının baharında dünyadan köçənlərdən biriyəm. Gəldim deyim ki, dünən “düz 27 ildir...” ilə başlayan statuslarınızdan tutmuş çıxışlarınıza qədər hamısına güldüm. Düz 27 ildir, hər il eyni şeyi etməkdən bezmədiniz mi? Yox, ziyarəti demirəm, 20 yanvar günü şəkil çəkdirməkdən, günəmuzd millətçilik etməkdən, yalandan yad etməkdən, hələ bütün bunlar azmış kimi qəbr daşıma sarılıb hönkür – hönkür ağlayan anamın şəklini çəkib orda-burda paylaşıb, “bəyəni” yığmaqdan, yazıq maskası taxmaqdan bezmədiniz mi? Bezmədinizsə o başqa məsələ, biz bezmişik artıq, şəxsən mən uğrunda ölümə getdiyim sizlərdən bezmişəm, utanıram. Hərə əlinə bir qərənfil alıb şəkil çəkdirə - çəkdirə xiyabana gəlir, gəlsin bir söz deyən yoxdur, o ki, şəkli hansısa təşkilatla, şirkətlə, qurumla, qrupla, nə bilim nə iləsə yarışa girmək üçün edirsə... Nə isə əşi... Sualıma cavab verin mən bunlar üçün ölmüşəm? Mən bu yaşımda ona görə öldüm ki, sabah məndən sonrakılar məni yalnız öldüyüm gün xatırlasınlar, özü də belə bir gülməli halda... Yox, bu belə getməz, haqqımı sizə halal etmərəm. “Düz 27 ildir...” elə fəxrlə deyirsiniz ki, elə bil 27 ildə 27 dəfə düşməni qaldırıb vurmusunuz yerə. Ruhumun daha doğrusu ruhlarımızın şad olmasını istəyirsinizsə ya silahı əlinizə alın düşmənə hücum çəkin ya qələminizi batırın mürəkkəbə düşmənin qəlbinə sancın ya oturun, birləşin, düşünün qanımızı yerdə qoymamaq üçün bir plan fikirləşin, bu düşmənin dədəsinə bilək ki, nə vaxtsa od vurulacaq ya da ay qardaş gəlmə də məni ziyarətə. Mən şəhidəm, peyğəmbərin qollarında cənnətə getmişəm, sizsə məni elə ziyarət edirsiniz ki, elə keflə gəlib-gedib, sabahdan etibarən hər şeyi elə unudursunuz ki, ildə bir dəfə bizi elə xatırlayırsınız ki, elə bil qohum-əqrabadan təsadüfən kimsə ölüb hər il, ilini keçirirsiniz: bir qazan aş, bir qazan dovğa bu qədər. Yox mən bunu hamıya aid eləmirəm amma aid etmədiklərim də bilin ki çox azdır, o qədər azdır ki, onlar ölsə nə olacağını düşünəndə qəbrdə 10 dəfə o yana bu yana fırlanıram.

Biri çıxıb deyir ki, Qorbaçov üzr istəməlidir. Niyə üzr istəməlidir ki? Qorbaçovun üzrü adamın üzünə tüpürüb üzr istəmək kimi bir şey olacaq. Bilirsən Qorbaçova nifrət edən adam nə edir? Oturur, lap 27 il də düşünür, elə çalışır, elə oxuyur, elə işləyir, elə planlar cızır ki, axırda bütün dünya düşür ayağını ki, ay qurban olum, qələt eləmişəm bağışla.

İndi gedirəm, böyük ehtimal yenə qayıdacam. Siz düzəlməyənə qədər hər il yuxularınızda, öləndə də o biri dünyada iki əlim yaxanızda olacaq. Mənə və mənim kimi digər şəhidlərə dəyər vermək istəyirsiniz hə? Dəyər bilirsən nədir? Mənim uğrunda canımdan keçdiyim torpağımın insanları hər zaman hər dəqiqə o torpaq üçün yaşamalı, yaratmalı, öldürməli ən son anda çıxış yolu yoxdursa ölməlidir.

Siz, bizə - 90-cı illərdə şəhid olmuş adamlara dəyər verə bilmirsinizsə milyonlarca şəhidin qanı ilə suvarılan o quru torpağa necə dəyər verəcəksiniz?!. Son olaraq torpaqınızdan da bir xəbər var. O belə sizdən iyrənir,hər gün Tanrıya yalvarır ki, sizin vecsizlikdən, dəyərsizlikdən, düşüncəsizlikdən, bilgisizlikdən, sevgisizlikdən çirklənmiş qanınız onun saf çöllərini, əkinlərini, dağlarını suvarmasın. Amma bütün bunlara baxmayaraq mən hələ də sizin hamınızı çox sevirəm, pisinizi də yaxşınızı da. Çünki mən, sizə görə ölmüşdüm...

 

Zamin Qafarsoy

Gənc antropoloq



8 MART BAYRAMINIZ MÜBARƏK!
11:47 / 08-03-2017
BAŞSAĞLIĞI
22:11 / 02-03-2017
“Əhməd bəy Ağaoğlunun dünyagörüşündə türkçülük və islamçılıq” mövzusunda növbəti diskussiya keçiriləcək
02:09 / 02-03-2017
Xocalı abidəsi ziyarət olunacaq
20:14 / 25-02-2017
“ƏHSƏNÜT-TƏVARİX”İN AZƏRBAYCAN DİLİNDƏ TAM TƏRCÜMƏSİ İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
18:56 / 24-02-2017
“Xocalı qətliaımı: səbəbləri və nəticələri” mövzusunda növbəti diskussiya keçiriləcək
18:52 / 23-02-2017
Ələkbər Ələkbərov: Babək. Xürrəmi hərəkatının səbəblərinə, qəhrəmanın mənşəyinə dair VIII hissə (Son)
22:29 / 17-02-2017
“Bəbək və Xürrəmilər olduğu kimi” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-02-2017
NURU PAŞA HƏZRƏTLƏRİ ŞƏRƏFİNƏ BÖYÜK BİR ZİYAFƏT
13:47 / 11-02-2017
“Əli bəy Hüseynzadənin dünyagörüşündə türkçülük və turançılıq” mövzusunda növbəti diskussiya keçiriləcək
00:12 / 09-02-2017
“Babək (Xürrəmi hərəkatının səbəblərinə, qəhrəmanın mənşəyinə dair)” adlı kitabdan VII hissə
19:06 / 08-02-2017
Çuxur-Səəd bəylərbəyi Əmirgünəxan Qacar
00:25 / 29-01-2017
Məhəmməd Əmin Rəsulzadənin əsərlərində Azərbaycan tarixi
00:20 / 29-01-2017
Herakl (Кoroğlu) →Xristos→Babək. Mənşəyinədoğru
23:35 / 28-01-2017
`Pəhləvilər bizi məhv edə bilmədilər` – Qacar sülaləsinin davamçısı (MÜSAHİBƏ)
22:12 / 27-01-2017
Çuxur-Səəd bəylərbəyi Əmirgünə xan Qacar
21:45 / 25-01-2017