BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Herakl (Кoroğlu) →Xristos→Babək. Mənşəyinədoğru

23:35 / 28-01-2017   /   baxış - 259

Ələkbər ələkbərov

Tarix üzrə fəlsəfə doktoru

 

“Babək” adı ilə bağlı bütün qalan anlaşılmamazlıqları aradan götürmək üçünsə biz əvvəl Azərbaycan adının açıqlanması üzərində dayanmalıyıq. Həmin adı açıqlamamış biz nə “Babək” adını, nə də ki xürrəmi hərəkatının mahiyyətini öyrənə bilmərik. Məlumdur ki, məhz bu ərazi abbasilərə qarşı yönəlmiş xürrəmi hərəkatının əsas mərkəzi idi. Təsadüfü deyil ki, bu torpaqlar isəKainat haqqında qədim biliklərəmalik olan Maqların vətənidir!  Bu da təsadüfü deyildir ki, müsəlman müəllifləri Babəki “məcüs” adlandırırdılar, xürrəmilər isə buranı özlərinə dayaq məntəqəsi seçmişdilər! Daha maraqlıdır ki, qədim Maqlarınfəlsəfi düşünçələri indi də yerli türklərin düşüncəsində əks olunmaqdadır və bu təfəkkürü dağıtmaq üçün “Qərb” nəyin bahasına olursa-olsun, “demokratiya” və “qlobalizm” adı altında bizə yad olan və zərər gətirən həyat tərzini aşılamaq istəyir.

Azərbaycanın bütövlüklə “Maq”ların vətəni olması hər iki ərazidə yaşayan “gebr/gəbr”lərin sonraki dövrlərdə xələfləri eyni soydan olan “bayat” və “kəbirli” tayfa, Bakı,Muğan(maqlar vətəni) və Bağman  (Allah adamı) etnik və toponimik adlarla təsdiqlənir. Həmin ad Azərbaycanın incisi olan “muğam” adında da əks olunub vəmahiyyətinəgörəTanrıcılıq, türk Monoteizminiəks etdirən musiqi-fəlsəfi düşüncə tərzidir. Bəlkə də bu da təsadüfü deyildir ki, maqların adıAzərbaycanın paytaxtı olan “Bakı” sözündə də öz əksini tapmışdır! Bir haşiyəyə çıxaraq deməliyik ki, “maq” sözündə də həmin “Buğa/Öküz” kultu əks olunub və hər iki sözdə eyni kök samitləri– “(b)maq/baq/buğa”vardır. Buna görə də, bütün deyilənlərin mahiyyətini açmamış, biz həm Babək adının mənasını, həm də ki xürrəmilərin ideyalarını dərk edə bilmərik!!!

Adı çəkilən problemləri öyrənərkən biz hazırda Azərbaycanın və onun əhalisinin qlobalizm qarşısında əsaslı şəkildə dayanması üçün mütləq uzaq keçmişimizi əks etdirən məlumatları öyrənməli və düşünməliyik ki, biz yabançı “yenilikləri” qəbul edərək hara yuvarlanır və nədən əl çəkirik! Bəlkə artıq Bibliyadan Sadoma və Qamora əhvalatlarını, Pompeyin, Romanın və Sasanilərin son günlərini xatırlamaq vaxtı çatıb!!! Dünyaya Babək, Füzuli, Nəsimi və Üzeyir kimi dahilər verən bir xalq, o əcayib əxlaq prinsiplərini qəbul etməlidirmi?

Bizi etnogenezlə bağlı bütün maraqlandıran problemlər o dərəcədə aktual və maraqlıdır ki, onları öyrənməmək qeyri-mümkündür. Onun üçün bu suallar ortaya çıxır – həqiqətənmi xürrəmi fəlsəfəsi və Babək burada Miladdan öncə türklər olmadığı halda meydana gələ bilərdilər? Türklərin burada olduğunu inkar edən və Babəklə xürrəmiliyi fars, talış, kürd təxəyyülünün məhsulu sayanlar nə dərəcədə haqlıdırlar ki, onlar bütün bu cür möhtəşəm bir hərəkata “irançılıq” donunu geyindirirlər? “İrançılığın” bu hərəkatda uğursuzluğunu hətta əl-Mötəsim də iranlıların türklərlə əvəz edilməsi ilə təsdiqlədi! “İran”çılıq həmişə “Türkçülüklə” nəfəs alıb və “qərbçilik” (buna “ingilislik”, yaxud “amerikanizm” adını da vermək olar – müəllif) olmasaydı, “paniranizm” heç vaxt yarana bilməzdi! Babəkin etnik mənşəyi məsələlərini həll etdikdə isə bir mənalı olaraq görünür ki, bu qəhrəman TÜRKDÜR  və bunda heç kəsin şübhəsi belə olmamalıdır!

Deyildiyi kimi, xürrəmi hərəkatının mahiyyətini anlamaq üçün bu mübarizənin əsas kulminasiya mərkəzi olan – Azərbaycanın (həm Adurbadaqanın, həm də Albaniya/Arranın birlikdə) adının mənşəyini öyrənməliyik. Əvvəlcə qeyd edək ki, Azərbaycan vəAlbaniya/Ağvan/Arran Odlar yurdunun müxtəlif cür adlandırılmasının təzahürüdür! Məhz, bütün bunları açıqlayıb öyrənmədən biz xürrəmi hərəkatı və Babək haqqında heç nə danışa bilmərik. Əvvəlcədən xüsusi olaraq qeyd edək ki, Babəkin bəlkə də fars dilində danışması heç də bizim torpaqlarda və xürrəmilikdə fars dilinin və fars ideologiyasının üstünlüyünün sübutu ola bilməz. Osmanlı sultanlarının çoxu fars dilində şeir yazırdılar. Bunun əsasında biz yerli xalqı və “osmançılığı” fars millətinin təzahürü kimi təqdim etməliyik? Yaxud da, hazırda İranın dini lideri Ayətullah Əli Xamneyi gördüyümüz qədər yalnız farsca danışır. Bu onun milli baxımından qeyri türk olmasına dəlalət edirmi?

Etnogenez məsələlərlə məşğul olan hər bir tədqiqatçı gec-tez əlində olan mənbələr əsasında yaşadığı və qismət olsa (!-müəllif), basdırılacağı[1]Vətənin adı ilə maraqlanıb, onun mənşəyini araşdırıb, öz münasibətini bildirməlidir.Hər bir şüuru və ləyaqəti olan adamda (!!! – müəllif) Vətəninəolan məhəbbət onunla doğulur vəonunla da ölür! Abbas Səhhət yazdığı kimi:

Vətəni sevməyən, insan olmaz!

Olsa da, ol şəxsdəvicdan olmaz!

Gercəklik budur! Nəqədər fatal səslənsədə- “ölüm” Allahın səlahiyyətindədir və“ölüm” Onun yaratdığı bəndəyəmütləq Məhəbbətinin təzahürünün bir formasıdır! İslamda “Vətəni sevmək imandandır” – deyilir. Dinin əsasları isə sübut edir ki, hər bir insanla doğulan və onunla birlikdə ölən yeganə sevgi –  yalnız onun Allaha olan eşqidir! Buna görə də biz düşünürük ki, “Azərbaycan” adı da bu səpkidən öyrənilməlidir, çünki Xalq öz Vətənini necə gəldi, hansısa bilinməyən sözlə adlandıra bilməz. Qədim İnsan biz bildiymizdən də kifayət qədər savadlı idi. Kifayətdir ki, Qobustandakı mezolit dövrünün rəsmlərinə nəzər salaq. O rəsmlər arasında “inəy”in hamilə qadınlarla birlikdə verilməsi təsadüfidirmi? Axı qadın da, inək də 9 ay hamilə olurlar!

Geosiyasi baxımdan “Azərbaycan” adı, bəzi mülahizələrə görə, Arazın cənubu və şimalı daxil olmaqla Urmiya ətrafı, Dərbənd, Tiflis, Borçalı, İrəvan, Mosul, Kərkük, Həmədandan simalda və cənubda yerləşən torpaqları əhatə edirdi [104]. Dövrünə uyğun olalaraq həmin ərazi genişlənir və kiçilirdi. Bununla belə, onun siyasi və etnik sərhədləri isə daha geniş arealı əhatə edirdi.

Adı çəkilən məsələ ilə məşğul olan tədqiqatçılar bir çox hallarda bir ərəb qaynağına istinad edirlər. Həmin Himyari dövlətinin (e.II əsrində yaranıb – müəllif) tarixinə həsr edilmiş salnamənin müəllifi Əbu Məhəmməd Əbdülməlik ibn Hişam (?- h.t. 213/828/29- cü ildə ölüb) Əməvi Xəlifəsi ilə Himyari alimi Übeyd ibn Şəriyyə əl-Curhumi arasında olan söhbətlərindən yazır. Salnamənin Azərbaycana həsr edilmiş 402-ci səhifəsində deyilir ki, Yəmən hakimi Rəişin dövründə onun sərkərdələrindən biri Şimr ibn Qəttar yüzminlik qoşunu ilə türklərlə vuruşaraq, Azərbaycan hüdudlarına daxil olmuşdur. Həmin döyüşdə türklər məğlub edilmiş, Qəttarinin bu qələbəsi isə mixi yazılarla(!!! – müəllif) iki daşın üzərində həkk edilmişdir. Əl-Curhumi əlavə edir ki, hətta onun dövründə bu yazılar Azərbaycanın “divarlarında” qalmaqda idi. İran tədqiqatçılarının məlumatlarına əsasən, həmin daşlar Sərabın şımal-şərqində, Təbriz yolunun üstündətapılmışdır(! – müəllif) [166, 87]. Müaviyənin: “Allahın adına, Türklər və Azərbaycan nə deməkdir? Sizin əlaqələriniz, narahatlığınız və Azərbaycan haqqında xatirələriniz?” – sualına Übeyd ibn Şəriyyə belə cavab verdi: “Bu /qədimdən/ türk torpağıdır” [61, 87; 85, 166].

Azərbaycan tarixşünaslığında bu qaynaq ilk dəfə mərhum akademik Z.M.Bünyadov tərəfindən öyrənilmişdir [145, 5; 66, 174]. Sonralar həmin mənbə M.İ.Azərli tərəfindən öyrənilmiş və şərh edilmişdir. Lakin tədqiqatçının qənaətinə görə orada yad edilən “türklər” /M.İ.Azərlininqənaətinəgörə(!!! – müəllif)/ eramızın ilk əsrlərində Azərbaycan ərazisinə axın edən türkdilli(? – müəllif) tayfalar idi [61, 88]. Təbii ki, Sovetlərin “qardaşlıq və beynəlmiləlçilik” ideologiyası şəraitində tədqiqatçının bu cür mövqeyi başa düşüləndir. O başqa cür yaza da bilməzdi. Çünki ümumiyyətlə  türklər haqqında o dövrdə açıq-aşkar danışmaq – böyük bir günah və qəbahət sayılırdı. Sanki Qərb və Sovet tarixşünaslığı arasında hansısa gizli bir razılıq vardı və onların “qənaətinə” əsasən ümumiyyətlə türklərin vətənini yalnız Altay ola bilərdi. Göründüyü kimi buna qeyri-rəsmi ideoloji bir əmr vermişdi. Bu cür “elmi” kəşflər isə kimə və nəyə görə lazım idi – aydındır! Lakin həmin mənbənin Z.M.Bünyadov və M.İ.Azərli tərəfindən tədqiqat üçün ortaya çıxarılması və öyrənilməsi xalqımızın qarşısında danılmaz böyük bir xidmət idi.

Bəzi, “ideoloji cəhətdən sarsılmaz olan”, özlərini tədqiqatçı hesab edən   tarixçi və dilçilərin etirazlarına baxmayaraq, yazılı qaynaqlardan, əsasən də qeyri-türk xalqlarının dil “materialından” belə məsələlər üzə çıxır ki, onlar türklərlə samilər arasında lap qədim zamanlardan bəri kifayət qədər sabit əlaqələrin olması aydın sübut edir olur[120, 66-79]. Məsələn, Übeyd ibn Şəriyyənin məlumatından başqa bu əlaqələr ərəb və yəhudi dillərində “N” qədər türkəsilli sözlərin və mifoloji obrazların olması ilə təsdiqlənir. Əlbəttə ki, biz bu problemə artıq “Xaydar” adının açılışında toxunmuşuq və bundan sonra da burada bəzi misallar gətirəcəyik. Lakin biz bəzi başqa maraqlı məlumatları da açıqlamaq istərdik.

Bu məlumatları, yəni ərəblərlə türklərin arasında qədim əlaqələrin olmasını Məhəmməd Füzuli də təsdiqləyir. Onun yazdığına görə, İmam Hüseynin tərəfində vuruşan türklərdən biri də Müslim Azərbaycanı idi [83, 71, 85-86]. Bu məlumatlar birmənalı olaraq türklərin ərəblərlə qədimdən olaraq əlaqəsini sübut edən faktlardır və onları təsadüf hal kimi, yaxud türklərin burada yalnız Xalqların Böyük köçündən sonra olması ilə izah etmək olmaz! Əks halda bu qədər faktları zaman-məkan ölçüsü vasitəsi ilə təsdiqləmək mümkün deyil, cünki “qəbul olunmuş fərziyyələrə görə” samilər bizi maraqlandıran ərazilərdə əgər e.ə.III minillikdə qeydə alınırsa, türklər bura yalnız e. II əsrində gələ bilərdilər. Bu halda yəhudi və ərəb dillərində bu qədər türkizmlərın olmasını absurd hesab etmək olardı [120, 66-79; 123, 187-191]. Lakin dediyimiz kimi, yazılı qaynaqlar və xüsusən də, dil materialları bunları bir daha təsdiqləyir. Bütün bunları aşağıda təqdim edəcəyimiz faktlar da təsdiqləyir.

Məsələn, İudaizm, Xristian və İslam ənənələri birmənalı olaraq öz başlanğıclarını İbrahim (Abraham) Peyğəmbərin (s) fəaliyyətindən götürürlər. Bəzi alimlərin iddialarına görə İbrahimin (s) Ur şəhərinə gəlişinə qədər həyatının əvvəlki illəri bilinmir. Amma İslam ənənəsi ilə Bibliyanın məlumatlarını tutuşdurduqda tam aydın olur ki, Hz. İbrahimdən (s) başlayan və Hz. Məhəmməd (s) qədər davam edən şəcərə türkdür. Bunları yazılı qaynaqlar təsdiqləyir. Budur, əslən Misirdən olan və VII əsrin əvvəllərində yaşayan Bizans tarixçisi Feofilakt Simokatta İbrahimin Midiya əsilli olduğunu [48, V, VII:7] təsdiqləyir ki, onun isə özəyini Akbatana/Ekbatan(Həmədan) paytaxt olmaqla Azərbaycanı təşkil edirdi. Təsadüfü deyil ki, Müqəddəs Quranda İbrahimin əcdadı (atası, yaxud əmisi - müəllif) Аzər/ازر[113, 3-9; 114, 3-19] adı ilə verilir.Bu torpaqların Peyğəmbərlərlə bağlı olduğunu Feofilakt Simokattanın hekayəsi ilə yanaşı Məhəmməd (s) Rəsulüllahın hədisi ilə də tam təsdiqlənir. Həmin hədis həmyerlimiz Əbdürrəşid əl-Bakuvinin əsərində də öz əksini tapmışdır. Orada deyilir ki: “Azərbaycan Kuhistan, Arran və Ərməniyyə arasında geniş ... vilayətdir. Orada çoxlu şəhərlər, kəndlər, dağlar, çaylar var. Orada, Ərdəbil yaxınlığında Savalan adlı dağ vardır, bu dünyanın hündür dağlarından biridir. Onun zirvəsində böyük bir bulaq var, onun da suyu güclü şaxtalardan donub.Peyğəmbərin [sözlərindən deyilir] – Allah ondan razı olsun və ona salamı olsun – Ərməniyə ilə Azərbaycan arasında Savalan adlı dağ vardır. Onun üzərində cənnət bulaqlarından biri vardır və peyğəmbərlərdən birinin qəbri dəvardır ki,onu ətrafında isti bulaqlar vardır, ora xəstələr gəlir. Onun zirvəsindən qar yayda da qışda da əskik olmur”[6, 62;7, 78].

Avropa tədqiqatçıları bir mənalı olaraq hesab edirlər ki, İbrahim e.ə. XIX əsrdə, yəni ikinci minilliyin əvvəlində yaşayıb. O ki, qaldı Rəsulüllahın (s) türk olması haqqında fikirlərimizə, bunu, yuxarıda göstərdiyimiz bir çox faktlarla yanaşı, Gəncəli Nizamin(Gəncəvi) də təsdiqləyir. Maraqlıdır ki, Nizaminin mənşəyi haqqında bütün uydurmalara baxmayaraq, şeyx birmənalı olaraq özünü də türk hesab edir[2][13, 49]. Rəsulüllahın (s) türk olmasını isə Gəncəli Nizaminin(Gəncəvi)  aşağıdakı sözləri təsdiqləyir:

... Böyük peyğəmbərə yüzlərlə əhsən

O yeddi tayfada bir türk uludur

Aydan balığa tək onun quludur.

(seçmə bizimdir – müəllif)   [14, 366]

Yaxud da

Ərəəndamlı türkdür

Hər gün min könül ovlar

Ənbərdən qara xal var nurlu, ağ çöhrəsində

(seçmə bizimdir) [12а, 71].

 



[1]Ruh cismi tərk etdikdən sonra,İlahi qismət əsasında o /cisim/, maddiliyin təzahür forması kimi  doğuluşdan əvvəl və ölənə kimi onu öz fermentləri ilə qidalandıran və inkişafını təmin edən torpaqda basdırılmasını “tələb” edir.Bu isə o halda mümkündür ki, doğulan adamın valideynləri doğulanın “torpağından” qidalansınlar. “Ubi bene, ibi patria”, yəni “hara yaxşıdır, ora da vətəndir” düşüncəsi ilə yaşayan hər bir kosmopolit kəs bunu başa düşə bilməz və bu cür düşünən bir daha öz genlərinin etnik müxtəlifliyini sübut edir. Həmin adamı (!-müəllif) onun harada və necə basdırılması qəti maraqlandırmır. Belələrinə bizdə “zatı qırıq” deyirlər. Bizim xalqın isə öz torpağına bağlılığı və torpağında basdırılmaq arzusu bir daha onu buranın avtoxton olmasını təsdiqləyir.

[2]“Almaz türklüyümü  Həbəş ölkəsi

   Olmuş хoş dovğadan məhrum cümləsi/Şərh[13, 49, 325].

Aydındır ki, «Dovğa» - sırf türk xörəyidir. Bu, yuxarıda göstərilən iki misalla Gəncəli Nizami bir daha öz Türklüyünü sübut edərək bildirdi ki, fars dilindəyazmaq heç dəfars olmaq demək deyil. 



8 MART BAYRAMINIZ MÜBARƏK!
11:47 / 08-03-2017
BAŞSAĞLIĞI
22:11 / 02-03-2017
“Əhməd bəy Ağaoğlunun dünyagörüşündə türkçülük və islamçılıq” mövzusunda növbəti diskussiya keçiriləcək
02:09 / 02-03-2017
Xocalı abidəsi ziyarət olunacaq
20:14 / 25-02-2017
“ƏHSƏNÜT-TƏVARİX”İN AZƏRBAYCAN DİLİNDƏ TAM TƏRCÜMƏSİ İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
18:56 / 24-02-2017
“Xocalı qətliaımı: səbəbləri və nəticələri” mövzusunda növbəti diskussiya keçiriləcək
18:52 / 23-02-2017
Ələkbər Ələkbərov: Babək. Xürrəmi hərəkatının səbəblərinə, qəhrəmanın mənşəyinə dair VIII hissə (Son)
22:29 / 17-02-2017
“Bəbək və Xürrəmilər olduğu kimi” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-02-2017
NURU PAŞA HƏZRƏTLƏRİ ŞƏRƏFİNƏ BÖYÜK BİR ZİYAFƏT
13:47 / 11-02-2017
“Əli bəy Hüseynzadənin dünyagörüşündə türkçülük və turançılıq” mövzusunda növbəti diskussiya keçiriləcək
00:12 / 09-02-2017
“Babək (Xürrəmi hərəkatının səbəblərinə, qəhrəmanın mənşəyinə dair)” adlı kitabdan VII hissə
19:06 / 08-02-2017
Çuxur-Səəd bəylərbəyi Əmirgünəxan Qacar
00:25 / 29-01-2017
Məhəmməd Əmin Rəsulzadənin əsərlərində Azərbaycan tarixi
00:20 / 29-01-2017
`Pəhləvilər bizi məhv edə bilmədilər` – Qacar sülaləsinin davamçısı (MÜSAHİBƏ)
22:12 / 27-01-2017
Çuxur-Səəd bəylərbəyi Əmirgünə xan Qacar
21:45 / 25-01-2017
20 Yanvardan gəlirəm... - Zamin Qafarsoy
13:04 / 25-01-2017