BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Vüqar Zifəroğlu: “Tariximizin təhrif edilməsi cəhdlərinə operativ reaksiya verilməlidir”

13:45 / 01-01-2015   /   baxış - 648

Vüqar Zifəroğlu

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vuqar Zifəroğlunun Gün.Az-a müsahibəsi:

- Müasir dünyada əvəzsiz məlumat mənbəyiə çevrilmiş internetin informasiya resurslarına etimad məsələsi son vaxtlar yetərincə müzakirə olunur...
- Etiraf edək ki, internetin yaranması mediakommunikasiya vasitələrinin inkişafına böyük təkan və töhfə verdi. İnternetin dövriyyəyə keçməsi ilə bu və ya başqa məsələlərlə bağlı məlumat əldə etmək istəyən hər kəs onun vasitəsilə geniş informasiya mənbələrinə rahat çıxış imkanı əldə etmiş oldu.
Eyni zamanda, informasiyanın yayılması müstəvisində sərhədlər aradan götürüldü və məlumat mübadiləsi təsəvvüredilməz dərəcədə sürətlənərək, asanlaşdı. Bundan başqa, şəbəkə texnologiyalarının inkişafı elekton medianın gəlişimində yeni dövr açdı.
Amma o da vurğulanmalıdır ki, internetin təşəkkülü insanların informasiya almaq imkanlarını genişləndirməklə bərabər, başqa bir problemə də yol açıb. Burada söhbət təbii ki, internetdə yerləşdirilmiş məlumatların obyektivlik dərəcəsindən gedir.
Toxunduğumuz məsələ hazırda beynəlxalq jurnalistikada ekologiya probleminin yaranmasına səbəb oldu. Bu mövzunun aktuallığı beynəlxalq səviyyədə çoxdan etiraf olunub və onun aradan qaldırılmasi üçün müxətlif tədbirlər təşkil olunur, yollar təklif edilir.
- Amma bu məsələdə problem tək informasiya planında yox, həm də obyektiv tarixi həqiqətlərin təhrif olunmasında da özünü qabarıq göstərir...
- Çox doğru qeyd etdiniz. Həqiqətən də, internet mənbələrində problem sadəcə hansısa məsələnin işıqlandırılmasında yol verilən qeyri-obyektivliklə məhdudlaşmır.
Əlbəttə ki, bu sırada bizim üçün daha çox əhəmiyyət kəsb edən və maraq doğuran Azərbaycan tarixinin, görkəmli şəxsiyyətlərimizin internet resurslarında daxili və xarici auditoriyaya nə dərəcədə doğru-dürüst təqdim olunmasıdır.
Bir nümunə gətirmək istərdim. Azərbaycanın böyük şairi, dünya poeziya nəhənglərindən biri olan və etnik türklüyünün sübuta ehtiyacı olmayan Nizami Gəncəvi bəzi mənbələrdə fars mənşəli şəxs kimi təqdim olunur.
Tarixi öz istədikləri kimi görüb-yazmaq istəyənlər Azərbaycan alimi, dünya elminə misilsiz töhfələr vermiş Nəsirəddin Tusinin də etnik mənsubiyyətini farslara bağlamaqdan çəkinmirlər.
Eyni zamanda, Şah İsmayıl Xətaiyə qarşı belə yolverilməz münasibət və təqdimatın şahidi oluruq. Ümumiyyətlə, bu siyahını yetərincə uzatmaq mümkün olsa da, buna ehtiyac görmürəm. Sözsüz ki, belə cəfəng iddiaların heç bir elmi əsası yoxdur.
Amma nəzərə almaq lazımdır ki, həmin yalan məlumatları internet vasitəsilə oxuyan insanların müəyyən hissəsi bunun doğru olub-olmadığı haqda düşünmür, o informasiyanı başqa mənbələrlə tutuşdurmağa da həvəs göstərmir. Bu səbəbdən də, oxucuda qeyri-obyektiv məlumatdan irəli gələn müəyyən çaşqınlıq yaranır.
- Texnoloji imkanları və potensialı nəzərə alsaq, bu problemin böyük mənada aradan qaldırılması imkan xaricində deyil...
- Təbii ki, bütün problemlər kimi, bunun da həlli yolları var. Fikrimcə, bunun üçün ilk növbədə ziyalıların, alimlərin internet texnologiyaları ilə iş prosesinə cəlb olunmaları intensivləşdirilməlidir. Bu mənada ziyalılarımız daha arqıt dərəcədə fəallıq göstərməlidirlər.
Yəni konkret sahənin mütəxəssisləri xüsusilə vikipediya sistemini müntəzəm izləməli və orada Azərbaycanla əlaqədar yerləşdirilən məlumatların obyektivliyini diqqətdə saxlamalıdırlar. Lazım gəldikdə isə, vikipediya vasitəsilə ortadakı yanlışlıqların düzəldilməsinə operativ cəhd göstərməlidirlər.  
Və bu fəaliyyət tək vikipediya ilə məhdudlaşmamalıdır. Eyni zamanda, sosial şəbəkələrdə, internet üzərində daim işlək olan elmi forumlarda da davamlı mövqe bildirilməlidir. Bir sözlə, bütün mümkün vasitələrdən istifadə etməli, müasir texnologiyaların verdiyi imkanlardan maksimum faydalanmalıyıq.
- Bir məqam qeyd olunmalıdır ki, Azərbaycanla əlaqədar təhrif dolu məlumatlara əsasən, xarici, xüsusilə, ingilis və rusdilli mənbələrdə rast gəlinir. Bu da cavab tədbirlərinə spesifik yanaşma zərurətini doğurur...
- Təəssüf ki, belədir. Yuxarıda vurğuladım ki, Azərbaycanda son illər ərzində vikipediya sahəsində əhəmiyyətli işlər görülüb, məlumat bazası xeyli zənginləşdirilib. Qeyd etdiyiniz problemin neytrallaşdırılması da həllolunmaz məsələ deyil.
Bunun üçün dünyanın ən işlək dillərini əhatə edən geniştərkibli tərcümə qrupları yaradılmalı və interent tədqiqatı əsasında qeydə alınan qeyri-obyektiv məlumatlar öz orijinal dilində düzəldilməlidir. Mən son illərdə görülən işlərin miqyasına istinad edib deyə bilərəm ki, yaxın vaxtlarda bu istiqamətdə çox ciddi işlərin həyata keçirilməsi yetərincə real görünür.
- Rəhbərlik etdiyiniz “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun bu istiqamətdə hazırlıqları var?
- Əlbəttə, qeyd etdiyiniz məsələlər bizi və təşkilatımızı da yetərincə qayğılandırır. “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun fəaliyyəti ilə müəyyən qədər tanış olan insanlar tariximizə və milli kimliyimizə necə böyük həssaslıqla yanaşdığımızı bilirlər.
Çalışırıq ki, tariximizin dərin qatlarından başlayaraq, müasir dövrə qədər əhatə edən dönəmlərə aid mühüm məqamların üzərinə işıq salaq. Bu çərçivədə apardığımız bir çox araşdırmalarımızla bağlı nəticələr saytımızda yerləşdirilir və mətbuatda geniş işıqlandırılır. Təşkilatımızın bütün imkanları məhz bu işlər üçün tam səfərbər edilib.


A.Zeynalov
Gün.Az



“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020