BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Xocalı qətliaımı: səbəbləri və nəticələri” mövzusunda növbəti diskussiya keçiriləcək

18:52 / 23-02-2017   /   baxış - 1497

25 fevral 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO)Siyasi-Analitik Klubunun (SAK)  təşkilatçılığı ilə Xocalı qətliaımı: səbəbləri və nəticələri mövzusunda növbəti diskussiya keçiriləcək.

Mövzu üzrə məruzəçi tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz olacaq.

Tədbirdə həmçinin digər ziyalılar, ictimai-siyasi fəallar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.

Tədbir saat 15:00-da başlayacaq.

Ünvan:  Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun qərargahı (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).

BAO İnformasiya Xidməti

22.02.2017