Bakının 313 saylı tam orta məktəbinə “Şah İsmayıl Xətai” mövzusunda konfrans leçirilib. Konfransı giriş sözü ilə açan məktəbin direktoru Zakir Bayramov qonaqları salamladı və tədbiri acıq elan etdi. Dövlət himni oxundu. Sonra söz Layihə üzrəTəşkilat Komitəsinin sədri, Bakı şəhər 313 saylı tam orta məktəbin tarix müəllimi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Mərkəzi Şurasının üzvü Araz bəy Şamilə verildi. O dedi:
"Hörmətli qonaqlar! Hörmətli müəllimlər və əziz şagirdlər!
Azərbaycanın tarixi şəxsiyyətlərinin hər birinə son dövrlərdə total hücumların şahidiyik. Bu hücumların hamısının məqsədi Azərbaycanın milli dəyərlərini özündə əks etdirən tarixi şəxsiyyətlərimizi və qəhramanlarımızı gözdən salmaqdır. Bu tarixi şəxsiyyətlərimiz hal hazırda yad ekspertlərin hədəfindədirlər. Bu nöqteyi-nəzərdən bizim qarşıda duran əsas məqsəd və vəzifəmiz öz tarixi şəxsiyyətlərimizdən iki əlli yapışmaq, onların mahiyyətini cəmiyyətə catdırmaqdır. Dövlət müstəqilliyi əldə etmiş millət, hər bir vətəndaşımız öz tarixi keçmişi haqqında mötəbər məlumatlara malik olmağa sadəcə borcludurlar. Bu, yeni nəsilləri tərbiyə etmək üçün nümunə sayılan əsl milli obrazlara müraciət etmək lazımdır. Lakin bunun üçün milli tariximizin sovet ideologiyasının təzyiqi altında itirilmiş səhifələrinin bərpa edilməsi çox vacibdir.
Bunun üçün Millət Vəkili Hörmətli professorumuz Yaqub müəllimin rəhbərliyi ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi altında Respublikamızın orta təhsil məktəblərində bu cür konfransların kecirilməsi nəzərdə tutulmuşdur. Konfransların birinci mərhələdə Bakı şəhəri üzrə, ikinci mərhələdə respublikanın digər şəhər və rayonlarında təşkil olunacaq.
Konfranslarda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları və tarix müəllimləri iştirak edəcəklər. Hər bir məktəb keçiriləcək konfransın mövzusunu (Tarixi şəxsiyyətləri) və digər məlumatları müstəqil seçərək, aşağıdakı formada təşkilat komitəsinin elektron poçt ünvanına (arazshamil@mail.ru) göndərməlidir. Konfransın vaxtı və planı aşağıdakı plana uyğun olaraq tədbir keciriləcək məktəblə birgə hazırlanacaq".
Sonra AMEA Tarix İnstitutunu direktoru professor Yaqub Mahmudovun məruzəsi dinlənildi.
Tədbirdə alınan qərara əsasən bu iş digər məktəblərdə də davam etdiriləcək. Bunun üçün Təşkilat Komitəsi yaradılmasına qərar verildi. Təhsil problemləri İnstitunun böyük elmi işçisi, Tarix Fənn kurikulumunun kordinatoru Sevil Bəhramova və 272saylı tam orta məktəbin tarix müəllimi, kurikulumların hazırlanması üzrə işçi qrupunun üzvü Röya Yaqubova Layihənin təşkilat komitəsinə üzv oldular.
VİDEO:
FOTOLAR:
BAO İnformasiya Xidməti
30.04.2015.