BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...

00:22 / 16-09-2017   /   baxış - 1247
 
İranda təhsil almış Gültəkin Məcidova adlı azərbaycanlı qız Qum şəhərinin imam cüməsi tərəfindən zorlandığını etiraf edib. 
 
RePost.Az-ın məlumatına görə, 2006 ci ildə İranın Qum şəhərində təhsil almış Gültəkin Məcidova adlı qız etiraf edir ki, İranda təhsil alan Azərbaycanlı qızlarının hamısının bakirəlikləri pozulur. Azərbaycana qayıdanda çoxları evlənə bilmirlər. Qorxurlar ki, toy gecəsi evlərinə geri qaytarılarlar. Ona görədə çoxu Ocaq Nicat (?) kimi və sairə dələduzlarla siğə edərək cinsi ehtiyaclaırnı qarşılayırlar. 
 
Gültəkin Məcidova deyir ki, mədrəsədə təhsil alanda bəzi din alimləri deyirdilər ki, bakirə qız istəsə siğə edə bilər. Onları siğəyə qadın müəllimlərin vasitəsi ilə cəlb ediblər. 
"Qum şəhərində qızları (6 qız olublar) Qum Şəhərinin imam cüməsinin evinə apardılar ki, evində Fatima Zehra mövludu olacaq. Bizdə sevinə sevinə getdik. Gecə saat 11 də məni İmam cümənin otağına saldılar və mənimlə siğə etdi. Utandığımdan səsimi çıxara bilmədim. Çünki bizə öyrətmişdirlər ki, İranda hər hansı şəhərin imam cüməsi Ayətullah Xamaneyinin nümayəndəsidir.. Ayətullah Xamaneyidə 12 imam, geybdə olan İmam sahib zaman Ağanın nümayəndəsidir. Əgər imam cüməyə qarşı gəlsən elə bil ki qeybdə olan 12 ci imam, İmam Sahib Zaman ağaya qarşı çıxmış olursan".
 
Gültəkin Məcidova deyir ki, səhərə yaxın mədrəsəyə qayıdıb və sonra anlayıb ki, orda olan digər mömin bacıların hamısı ilə başqa başqa otaqlarda din alimləri siğə edib. "Çünki biz çox gözəl qızlar idik. Mən bir neçə ay sonra Azərbaycana qayıtdım. Çünki dəli olmağıma az qalmışdı ki, bizi İrana din öyrənməyə aparırlar sonra isə siğə edirlər. Digər bacıların bəziləri indiyə kimi İranda qalıblar. Bir neçəsi hamilə qalıb və uşağı dünyaya gəlib. Amma uşağın atasi kimdir bilinmir. Çünki o hadisədən sonra həmin bacılar on dəfədən çox siğə ediliblər".
 
Gültəkin Məcidova iddia edir ki, bu hadisədən sonra çox valideynlər qızlaırnı İranda təhsil almağa buraxmır və təhsil alanların çoxu valideynlərin israrından sonra Azərbaycana qayıdıblar.
 
Gültəkin Məcidova bir firmada işləsiyini bildirdi. Amma indiyə kimi evlənə bilməyib. O, bu hadisədən sonra hicabı atıb, namaz da qılmır. "Mollalar insana nifrət etdirirlər. Bilirəm bu islamın günahı deyil. Bu molla şərəfsizlərinin din adı altında oyunlardan çıxmasıdır. Bəlkə gələcəkdə yenidən hicaba keçərəm. Amma indi qəlbim çox sınıb".
 
RePost.Az