BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Xocalı soyqırımı Rus Mədəniyyət və Tədris Mərkəzində yad edilib

01:07 / 20-02-2017   /   baxış - 247

18 fevral 2017-ci il tarixində Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən "RUKEM" - Rus mədəiyyət və Tədris mərkəzində Xocalı soyqırımıənın 25 illiyinə həsr olunmuş anım konfransı təşkil olunub. Bu haqda bao.az-a tədbnirin təşəbbüsçüsü və məruzəçisi tarixçi Ph.D Cavid Mövsümlü bildirib. "RUKEM"in təşkilatçılığı ilə gerçəkləşən Xocalı Soyqırımının anma proqramında Ankarada yaşayan fərqli ölkələrin rusdilli nümayəndələri iştirak ediblər. Anma proqramı, gələn qonaqların rusdilli olduğu nəzərə alınaraq rus dilində aparılmışdır.

Tədbirin mməruzəçi qonağı olan Azərbaycanlı tarixçi Cavid Mövsümlü Azərbaycan Tarixi, Qarabağ münaqişəsi və Xocalı soyqırımı mövzularında qonaqlar üçün çıxış edib. O, öz çıxışının sonunda dost ölkələrdən olan qonaqlara, xüsusi ilə Rusiyalılara Azərbaycanın acısına şərik çıxdıqları üçün öz xalqı adından təşəkkür edib və bu yaxşılığı Azərbaycanlıların heç bir zaman unutmayacağını söyləyib. O, sözlərinə əlavə edərək bildirib ki, Azərbaycanlıların bu soyqırımı düzgün şəkildə çatdırmaqda məqsədləri bu faciədən dünya ictimaiyyətinin dərs götürərək, insanlıqdan kənar belə cinayətlərin gələcəkdə təkrarlanmasının qarşısını almaqdır. 

Öz növbəsində Rus Mədəniyyət və tədris mərkəzinin sədri Karina İkayeva-Düzçəmən də tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkür etdikdən sonra bildiriob ki, bəşəriyyət hər zaman haqqın və ədalətin yanında olmalıdır,  biz də bu nöqteyi-nəzərdən Azərbaycanlılara qarşı edilmiş haqsızlıqlara son verilməsini arzu edirik.

Tədbirin sonunda qonaqları maraqlandıra suallara cavab verilib və xatirə şəkilləri çəkdirilib.

BAO.AZ.