BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Paniranistlər dərsliklərdə Ermənistan üçün uydurma tarix yaradır

22:34 / 29-10-2017   /   baxış - 315

Paniranistlər dərsliklərdə Ermənistan üçün uydurma tarix yaradır

İranda Azərbaycan və türk sözləri bir çox dərsliklərdən silindiyi halda, tarixi kitablarda radikal ermənilərin iddiasına uyğun olaraq əsassız materiallar dərc olunur.

Aşağıdakı şəkil 4-cü sinifin İctimai Mütaliələr kitabının 54-cü səhifəsində əks olunub.

 

 

Şəkildə göründüyü kimi, kitabdakı xəritədə bölgədə qonşu millətlərdən daha qədim tarixə malik olan türklərdən heç bir xəbər yoxdur, lakin geniş bir ərazinin üzərində Ermənistan adı yazılıb.

 

Şübhəsiz ki, belə dəsrliklərin hazırlanmasında məqsəd Azərbaycan türklərini öz tarixi və mədəniyyətindən uzaqlaşdırmaq, onları asimilə edərək bir fars kimi formalaşdırmaqdır. Dərslik bunun əksinə olaraq radikal ermənilərin yalan iddialarına etibar qazandırılır, onları türklərə qarşı daha da aqresivləşdirir.

 

GünAz TV.