BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycan Bayrağından Türklük rəmzini heç kəs çıxarda bilməz! - Faiq Ələkbərli

16:38 / 02-03-2017   /   baxış - 288

 

 

 

Azərbaycan bayrağı (Türklük, Çağdaşlıq, İslamlıq) altında yaşayıb Azərbaycanın türklüyünü inkar edənlər, nəinki Türk heç azərbaycanlı da deyildirlər!!!
 
Azərbaycanın, azərbaycanlıların Türklüyünü inkar edənlər, Onun bayrağını da inkar etmiş olurlar! Bunun tək adı isə Dövlətə,Vətənə xəyanətdir...
 
Çünki bir dövlətin Əsas atributu onun Bayrağıdır! Azərbaycan Bayrağında isə Türklük birinci yerdedir.. Əgər hər hansı deputat, məmur, vətəndaş bunu bilə-bilə "azərbaycanlılar türk deyillər" deyirsə, o zaman Azərbaycan Bayrağını inkar etmiş olurlar. Azərbaycan bayrağı Azərbaycan Respublikasının birinci simvolu olduğu halda, onu inkar edənlərin Azərbaycan vətəndaşı adını daşımağa haqqları yoxdur.
Əgər kimlərsə, Rusiyaya, "İran"a yaltaqlanmaq, yarınmaq istəyirsə, bunu türklük üzərindən etməklə əsil simalarını ortaya qoymuş olurlar. Azərbaycan Respublikasının bütün dövlət başçıları, vəzifələrini icra etməyə başlayarkən, ilk növbədə üçrəngli Azərbaycan Bayrağını öpərək and içirlər.
Ona görə də Azərbaycan Bayrağına və onun əlamətlərinə hər bir kəs hörmətlə yanaşmalı, azərbaycanlıların türk kimliyinə dil uzatmamalıdırlar!!! Azərbaycan Bayrağından Türklük rəmzini heç kəs çıxarda bilməz!!! Bu Azərbaycan bayrağı yalnız 10 milyonluq Şimali Azərbaycanın deyil, 50 milyonluq Böyük Azərbaycanın Bayrağıdır.
 
 
Dos., dr. Faiq Ələkbərli (Qəzənfəroğlu)
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla əlaqələr üzrə müavini