BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda

00:44 / 14-10-2017   /   baxış - 132

Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda

Güney Azərbaycanın Zəncan (Zəngan) şəhərində fəaliyyət göstərən “Türk Dil Ocağı” türk dili və ədəbiyyatı üzrə payız kursları təşkil edib.

 

Bu barədə “İşraq” ədəbi dərnəyinin rəisi Əli Əsğər Ocaqlu bu gün “Fars” xəbər agentliyinin müxbiri ilə danışıqda məlumat verib. O bildirib ki, “İşraq” və “Qızıl özən” ədəbi dərnəklərinin əməkdaşlığı ilə müxtəlif fəsllərdə türk dili və ədəbiyyatı kursları təşkil olunur.

 

“Dil bilgisi, nəsr, kitab oxuma, Nəsimi oxuma, ədəbi tənqid, hekayə və şeir siniflərindən ibarət olan layihə oktyabrın 14-dən Zəncan şəhərinin İmam Mədəniyyət Mərkəzinin şeir otağında fəaliyətə başlayacaq. Siniflər bütün əhaliyə açıq və pulsuzdur”- deyə Əli Əsğər Ocaqlu bildirib.

 

Həmid Bayat, Əli Məhəmməd Bəyani, Əli Əsğər Ocaqlu, Səid Yaqubi Fərd və Rəsul Qəmbəri kursların müəllimləri olaraq fəaliyyət göstərirlər.

 

Zəncan Əyaləti Güney Azərbaycanın önəmli mədəniyyət mərkəzlərindən bidir. Fars şovinizminin asimilasyon siyasətinin hədəfində olan Zəncan Əyalətində türk dili və ədəbiyyatı və milli kimliyimizə böyük maraq var. Azərbaycan Milli Hərəkatının çox sayda tanınmış fəalı məhz bu Əyalətdəndir.

 

GünAz TV.