BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Putin-Tramp görüşünün vaxtı məlum olub

14:05 / 14-02-2017   /   baxış - 109

Rusiya və Amerika Birləşmiş Ştatları (ABŞ)  prezidentlərinin görüşünün vaxtı açıqlanıb.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin və amerikalı lider Donald Trampın iyul ayında Almaniyada G-20-nin çərçivəsində görüşəcəyini bildirib.

 

Bu barədə “İnterfaks” məlumat yayıb.

 

Peskovun sözlərinə görə, bu tarixdən öncə keçiriləcək görüş barədə hələlik heç bir məlumat yoxdur.

 

BAO.AZ