BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İranda 3 etirazçı müəllimə 15 ildən çox həbs cəzası verilib

13:31 / 24-10-2022   /   baxış - 900

İranda azərbaycanlı müəllimdə daxil olmaqla 3 etirazçı müəllimə 15 ildən çox həbs cəzası verilib. Bu barədə onların vəkili Ramin Səfərniya məlumat verib.

Vəkilin bildirdiyinə görə, Tehran şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 26-cı bölməsi müəllim və tanınmış sinfi fəal Rəsul Budağiyə "əlbir olmaq və toplaşmaq" habelə "hökumət əleyhinə təbliğat" ittihamlarına görə toplam 5 il 6 ay həbs cəzası verib.

Bununla yanaşı İran Müəllimlər Birliyinin fəal üzvü Cəfər İbrahimi eyni ittihamlarla 5 il, İran Müəllimlər Birliyinin sözçüsü Məhəmməd İbrahimi də eyni ittihamlara görə 4 il 7 ay həbs cəzasına məhkum edilib.

 

Hər üç müəllim barədə həbs cəzası ilə yanaşı iki il müddətində ictimai fəaliyyət göstərmək və ölkədən çıxmaqlarına qadağa qoyulub.

Gunaz.tv