BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Yürüş Mehrəlibəyli azadlığa buraxılıb

22:11 / 22-02-2017   /   baxış - 216

Yürüş Mehrəlibəyli 5 il həbsdən sonra azadlığa buraxılıb

Güney Azərbaycanlı milli fəal və siyasi məhbus Yürüş (Ayət)  Mehrəlibəyli məhkəmənin təyin etdiyi 8 il həbs cəzasının  5 ilini çəkdikdən sonra şərti azadlığa buraxılma qanunundan istifadə edərək sərbəst buraxılıb.

Bundan öncə azərbaycanlı milli-mədəni fəalın şərti azadlığa buraxılmasına qarşı çıxan məhkəmə nəhayət ki, onun sərbəst buraxılması ilə bağlı müvafiq qərar qəbul edib. Fəal fevralın 22-də Təbriz həbsxanasından azad edilib.

 

2013-cü il qış aylarında daha 4 azərbaycanlı fəalla (Mahmud Fəzli, Şəhram Radmehr, Lətif Həsəni və Behbud Qulizadə) birlikdə saxlanılan fəal sistemin əleyhinə təbliğ və milli təhlükəsizliyi pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq kimi qondarma ittihamlarla  üzləşib.

 

Yürüş Mehrəlibəyli ilk saxlandığı müddətdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən vəhşicəsinə işgəncə edilmişdir.

 

Adını çəkdiyimiz milli-mədəni fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

GünAz TV