BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycanlı fəallardan Kərkükdə dəstək – Urmiyədə / Video və Görüntü

12:28 / 22-10-2017   /   baxış - 204

Güney Azərbaycanın Urmiyə şəhərində növbəti dəfə İraqdakı türkmən şəhəri olan Kərkükə dəstək nümayiş etdirilib.

 

Əldə etdiyimiz məlumata görə, bir qrup azərbaycanlı fəal ötən cümə günü Urmiyənin 70 kilometrliyində yerləşən məşhur tarixi qala “Kazım xan daşı”na toplaşaraq Kərküklə bağlı şüarlar səsləndiriblər. Onlar üzərində “Kərkük türkündür , türkün qalacaq” cümləsi yazılmış bannerin yanında dayanıb, həmin şüarı gur səslə səsləndiriblər.

 

https://www.youtube.com/watch?time_continue=26&v=S4CFN0YkSdU

Tarixi qalaya toplaşan fəallar həmçinin “Traxtur” komandasının loqosu və Kərkük bayrağını da nümayiş etdiriblər.

 

 

 

Ötən günlərdə Şimali İraq Kürd Bölgəsəl Yönətiminin müstəqilliklə bağlı keçirdiyi qanunsuz referendum ərəfəsində Urmiyə və Təbriz şəhərlərində Kərkükə dəstək verən bannerlər asılmışdır.

 

Azərbaycanlı milli-mədəni fəallar təhlükəsizlik qüvvələrinin bütün təzyiq və təhdidlərinə rəğmən bölgədə gedən təhlükəli oyunları fərq edərək belə bir irskli hərəkətə əl atıblar.

 

Sentyabrın 25-də İraq Kürdistanında sözdə müstəqillik haqqında referendum keçirilib. Türkiyə, İran, İraq və dünyanın əksər ölkələri referendumun qanunsuz olduğunu dəfələrlə vurğulayıblar. Referendum İraqın Kərkük kimi türk şəhərlərini də əhatə edir.

 

Referendumla bağlı güney azərbaycanlıları ən çox narahat edən məsələ İraqın şimalında yerləşən Kərkük və digər türk şəhər və kəndləridir. Zəngin neft və qaz yataqlarına malik olan Kərkük və digər türk bölgələri radikal kürdlərin  xəyali böyük Kürdistan xəritəsinə daxil edilib. Bu bölgə son illərdə İraqda baş verən müxtəlif hadisələr zamanı kürd terror qruplaşmalarının hücumuna məruz qalıb və demoqrafik tərkibi müəyən qədər dəyişdirilib. Şimali İraq Kürd Bölgəsəl Yönətiminin bu bölgəni xəyali Kürdistana ilhaq etməyə çalışması və orada baş verə biləcək terror aktları bütün türk dünyası, o cümlədən Güney Azərbaycan əhalisinin ciddi nigaranlığına səbəb olub.

 

Azərbaycanlı fəallar "Kazım xan daşı"nda:

 

GünAz.TV