Ərdəbil Əyalətinin Parsabad şəhərinin bir qrup əhalisi İranın Yol və Şəhərsalma nazirini Muğanın ölüm caddəsi haqqında tədbir almağa çağırıblar.
Onlar Yol və Şəhərsalma naziri Abbas Axundinin Ərdəbil Əyalətinə səfəri ərəfəsində “Cənab nazir, Muğan yolu haqqında düşün” kampaniyasına başlayıblar.
Soydaşlarımız Muğan yolunda baş verən avtomobil qəzalarında ölənlərin siyahısını əllərində tutaraq nazirin diqqətini təhlükəli caddəyə çəkmək istəyiblər. Onlar bu yolda təmir və genişləndirmə işlərinin aparılmasını tələb edirlər.
Kampaniya o halda keçirilir ki, bəzi parsabadlı mənbələr Yol və Şəhərsalma nazirinin Parsabada səfərinin ləğv olunduğunu bildirir.
Qeyd edək ki, Parsabad-Ərdəbil yolu Güney Azərbaycanın ən çox yol-nəqliyyat hadisəsinin baş verdiyi caddələrdən biridir. Bu günədək yolda baş verən avtomobil qəzalarında minlərlə ölüm faktı qeydə alınıb.
GünAz TV