BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Malayziya polisi Kim Çen Inın qardaşının ölüm faktını təsdiqləyib

11:46 / 15-02-2017   /   baxış - 99

Şimali Koreya lideri Kim Çen Inın qardaşı  Malaziyada qətlə yetirilib. 

  

Hadisə bazar ertəsi günü baş verib. Onun Kuala Lampur  hava limanında zəhərləndiyi bildirilir.

 

Xarici medianın yaydığı məlumata görə, Kim Çen Namı hava limanında iki qadın zəhərli iynələrin vasitəsi ilə öldürüb. Ehtimal olunur ki, qadınlar Şimali Koreyanın xüsusi xidmət orqanında işləyirlər. Şübhəlilər gizlənə biliblər.

 

Malayziya polisi vəfat edən Şimali Koreya vətəndaşı Kim Çen Namın KXDR-in lideri Kim Çen Inın qardaşı olduğunu təsdiqləyib.Onun ölümünün səbəbi hələlik müəyyən edilməyib.

 

Vaşinqton isə hesab edir ki, Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Nam KXDR xüsusi xidmət orqanlarının casusları tərəfindən qətlə yetirilib.

 

Bu barədə “Röyters”ə Amerika Birləşmiş Ştatları (ABŞ) hökumətindəki mənbələr bildirib.

 

Mənbə Kim Çen Namın qətlinin təfərrüatlarını açıqlamayıb və KXDR xüsusi xidmət orqanlarının qətllə əlaqəli olmasını təsdiqləyən dəlillər təqdim etməyib.

 

Kim Çen Nam  KXDR liderinin ögey qardaşı olub. O, əmisi Cen Son Taek edam edildikdən sonra Malaziyada gizlənirdi.

 

BAO.AZ