BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Amerika Antiterror Mərkəzinin rəhbəri: "İran və “Hizbullah” Azərbaycanda teraktlar hazırlayırdı"

22:48 / 28-09-2017   /   baxış - 141

Amerika Antiterror Mərkəzinin rəhbəri:

    Amerika Birləşmiş Ştatları (ABŞ) Antiterror Mərkəzinin rəhbəri İran və “Hizbullah”ın Azərbaycanda teraktlar planlaşdırdığı barədə məlumat verib.

 

"İranın "Hizbullah”dan olan partnyorları son bir neçə il ərzində regionda sabitlik yaradılmasına imkan verməmək niyyətlərini nümayiş etdirir, özlərinin minlərlə yaraqlısını Bəşər Əsəd rejimi tərəfində vuruşmaqdan ötrü Suriyaya yollayır, İraqda və Yəməndəki terror qruplaşmalarına silah verərək onların döyüşçülərini  terror aktlarının həyata keçirilməsinə şərait yaratmaq məqsədilə  Azərbaycana,  Misirə, Tailanda, Kiprə (Qıbrıs) və Peruya göndərir”.

 

Virtualaz.org bildirir ki, belə sensasiyalı bəyanatla dünən Amerika Birləşmiş Ştatları (ABŞ) Milli Antiterror Mərkəzinin (MAM) direktoru Nikolas Rasmussen çıxış edib.

 

Qeyd edək ki, Milli Antiterror Mərkəzi ABŞ Milli Kəşfiyyatı direktoru aparatının strukturuna daxildir.

 

N.Rasmussen ABŞ Konqresinin hökumət müəssisələrinin işləri üzrə Senat Komitəsində milli təhlükəsizlik və terror təhlükələri məsələlərinə həsr edilmiş dinləmələrdə çıxış edib. Bu dinləmələr çərçivəsində Komitə üzvləri arasında Rasmussenin senatorlar tərəfindən ona qabaqcadan göndərilmiş suallara yazı cavabları da yayılıb.

 

"İran bütün Yaxın Şərq üzrə maliyyə köməyi göstərməklə, müasir silahlar verməklə və  terror əməliyyatlarının keçirilməsi taktikasını öyrətməklə terrorizmin əsas sponsoru olaraq qalır. Bununla paralel olaraq, İran bütün planet boyu özünün döyüşçülər şəbəkəsini yaradır", - deyə TASS MAM rəhbərinin öz sərəncamında olan cavablarına istinadən vurğulayıb.

 

GünAz TV