BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb

15:55 / 07-03-2017   /   baxış - 126

Amerika Birləşmiş Ştatlarının (ABŞ) 45-ci prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb.

 

ABŞ hökuməti yenidən  İran, Suriya, Sudan, Yəmən, Liviya (Libi) və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına qadağa qoyub.

 

Əvvəlcədən viza alan şəxslərin istisna təşkil edəcəyi bildirilir.

 

Xatırladaq ki, prezident Donald Trampın yanvarın 27-də imzaladığı fərmana görə, İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşları 90 gün ərzində ABŞ-a buraxılmamalıdırlar. Trampın bu tipli addımları isə dünyada birmənalı qarşılanmır. Siyasətçilər hesab edirlər ki, belə qəzaralar Trampın ABŞ-ı müdafiə sistemində saxlaması ilə əlaqədardır. Bu fərmandan sonra 720 əcnəbinin ABŞ-a girişinə qadağa qoyulub. Bundan sonra ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. ABŞ administrasiyasının məhkəmənin qərarından verdiyi apelyasiya şikayəti təmin edilməyib.  

 

BAO.AZ