BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Sonunda Amerika-Türkiyə münasibətləri yaxşılaşacaq. - Xaliq Heybətoğlu

12:16 / 08-11-2016   /   baxış - 2111

Müsahibimiz Beynəlxalq Hüquq üzrə mütəxəssis, politoloq, h.ü.f doktoru, dosent Xaliq Heybətoğludur.

-Xaliq müəllim, 8 noyabr 2016-cı il tarixində ABŞ-da prezident seçkiləri keçiriləcək. Seçkilərdən sonra ABŞ-ın xarici siyasətində nə kimi dəyişikliklər ola bilər?

 

-Əslində dünyanın siyasət səhnəsində ABŞ-ın öz yeri var və bu siyasətə illərdir davamlı siyasət nəticəsində nail olub. ABŞ-ın xarici siyasətində Prezident seçkilərindən sonra nəyinsə dəyişməsi mümkün deyil, çünki ABŞ-in siyasi, iqtisadi, hərbi və digər idarə olunması qaydaları Prezidentlər tərəfindən müəyyənləşdirilmir.
Liderin kim olması da önəmlidir və mən elə düşünürəm ki, kimin seçkidə qalib gəlməsindən aslı olaraq ABŞ xarici siyasətində dəyşiklik olacaq. 

 

-Liderin kim olması da önəmlidir və mən elə düşünürəm ki, kimin seçkidə qalib gəlməsindən aslı olaraq ABŞ xarici siyasətində dəyşiklik olacaq. Sizcə, Prezident seçkilərində hansı namizədin qalib gəlmə şansı daha çoxdur?
 

-ABŞ-da Prezident seçkilərində əsas iki tərəf vardır. Birincisi, ABŞ - da Demokrat Partiyasının namizədi bu partiyadan dünyada tanınmış siyasi sima ABŞ Demokrat Partiyasının üzvü, 2001-2009-cu illərdə Nyu-York ştatından senator, 1993-2001-ci illərdə 42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı olan Hillari Dayan Rodham Klintondur. İkinci namizəd mühüm iki siyasi partiyadan biri olan Respublikaçılar partiyasından kifayət qədər tanınmış öndə olan namizəd milyonçu Donald Trampdır.
Hillari Klinton partiyanın 2008-ci ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərindəki namizədi partiya üzvləri arasında keçirilən ilkin seçkidə Hillari Klintonu üstələyən Barak Obama qalib olaraq prezident seçilmişdir. Hal-hazırda da bu partiyadan Rusiyaya qarşı barışmaz mövqeydə olan Hillari Klinton prezidentliyə namizəddir.
Hillari Klinton ABŞ-ın 42-ci Prezidenti Bill Klintonun həyat yoldaşıdır və kifayət qədər təcrübəlidir.
Donald Tramp ABŞ siyasi səhnəsində son dövrlər üzə çıxan siyasi məsələlərrdə Hillari Klintona nisbətən təcrübəsizdir və siyasi baxşları da ABŞ-ın apardığı siyasi kursa uyğun gəlmir. Onun fkrincə, Rusiyadan başqa digər dövlətlər zəifdir və ABŞ ilə Rusiya güclü iki dövlət olaraq bir-birinin əlini sıxaraq barışmalıdırlar.
Mən subyektiv münasibətim odur ki, bu seçkilərdə Hillari Klinton qalib gəlmə etimalı daha çoxdur.

 

-Fikrinizcə, ABŞ-da seçkilərdən sonra hansı kurs davam etdiriləcək?
 

-ABŞ-ın və müttəfiqi olduğu dövlətlərin öz xeyirlərinə apardıqları müntəzəm xarici siyasətləri nəticəsində 1986-1991-ci ildə SSRİ adlanan nəhəng dövlət zəiflədilərək dağıdıldı. Əfqənistanda və digər Şərq ölkələrində ABŞ və onun müttəfiqi olan dövlətlərin hökmranılq etmə arzuları daha da qabarıq görünməyə başladı. Bu siyasi kurs ABŞ-ın Dövlət İdarəetmə İnstitutu tərəfindən kimin Prezident olmasından asılı olmayaraq eyni xətlə davam etdirilməyə çalışılacaq.
 

-Sizcə, ABŞ-da prezidentlik dövrlərini necə səciyyələndirmək olar?
 

-Bir məsələni qeyd etmək lazımdır ki, ABŞ-da bütün Prezidentlər birinci prezidentlikləri dönəmində xarici siyasətdə nisbətən mülayim olurlar və ikinci dönəmdə isə daha saldırğan olurlar və fikrimcə bu qaydanı növbəti Prezident də tətbiq edəck. ABŞ-nın yürütdüyü siyasətin son 30 ilinə nəzər salsaq, bu müddət ərzində olan xarici siyasi münasibətlərində qətiyyən yumşalma və humanistlik yoxdur, əksinə, daha da geniş ərazilərdə siyasi hökmranlıq etmək istəyi dövlət strategiyasın çevrilib. ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq Dövlət Strategiyasının dəyişməsi inandırıcı deyil və düşünürəm ki, illərdir davam edən bu strategiyanın dəyişəcəyinə və ya yumşalacağına inanmaq sadəlövhlük olar.
 

-ABŞ-da yeni seçiləcək prezidentinin Suriya və İraqda baş verən hadisələrə münasibəti necə olacaq?
 

-Deyərdim ki, Rusiya ilə barışmaz mövqe davam edəcək. Yəni, ABŞ Rusiya münasibətlərində uzlaşma olmadıqca Suriya düyünü də çözülməyəcək. Klinton Rusiyaya qarşı kəskin tədbirlər görmək istəyəcək, ancaq hazırkı vəziyyətdə bu mümkün deyil. ABŞ düşünür ki, münasibətləri Ərdoğanın yanlış siyasəti bu vəziyyətə gətirib. Sonunda Amerika-Türkiyə münasibətləri yaxşılaşacaq. Türkiyə az öncə yaşadığı Türkiyə-Rusiya krizini hazırda ABŞ-la yaşayır və düşünürəm ki, bu münasibətlər də keçici xarakter daşıyır. Ancaq bu proses ABŞ-ın istədiyi müddətə kimi də uzanacaq.

 

BAO.AZ