BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İstanbulda “21 Azər” hərəkatı ilə bağlı geniş tədbir keçiriləcək

19:24 / 15-12-2017   /   baxış - 204

16 dekabr 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) İstanbul təmsilçiliyinin təşkilatçılığı ilə “21 Azər” hərəkatının ildönümünə həsr olunmuş geniş tədbir keçiriləcək.  

Tədbirdə Orta Doğu üzrə mütəxəssis Arif Kəskin, Güney Azərbaycan Demokrat Partiyasının (GADP) başqanı Mahmud Bilgin Bütöv Azərbaycan Ocaqlarının (BAO) başqanı Zahir Əlisoy məruzə ilə çıxış edəcəklər.

Tədbir Türkiyə vaxtı ilə saat 15:00-dan 18:00-dək keçiriləcək

 Ünvan:  İstanbul şəhəri, Taksim, Topçu küç-2, Point Otel.

 

BAO İnformasiya Xidməti

14.12.2017