BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ərdəbildə milli-mədəni fəal Mehdi Dustdar saxlanılıb

22:25 / 29-10-2017   /   baxış - 116

Ərdəbildə milli-mədəni fəal Mehdi Dustdar saxlanılıb

Xəbər verdiyimiz kimi, son günlərdə Ərdəbil şəhərində divarlar üzərinə müxtəlif milli şüarlar yazılıb.

Azərbaycanlı gənclər tərəfindən yazılan şüarlar rejimin təhlükəsizlik qüvvələrini hərəkətə gətirib, artıq bununla bağlı bir fəalın tutulduğu bildirilir.

Məlumata görə, Mehdi Dustdar cümə axşamı günü təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb. Fəalın ailə üzvləri bir çox rəsmi orqana müraciət etsələr də, onun harada saxlandığı barədə məlumat ala bilməyiblər.

 

GünAz TV.