BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO rəhbərliyi akademik Çingiz Qacarla görüşüblər

22:19 / 12-03-2017   /   baxış - 647

12 mart 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) rəhbərliyi məşhur Qacarlar nəslinin nümayəndələrindən olan Bəhmən Mirzə Qacarın nəticəsi, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Çingiz Qacarla görüşüblər.

Görüşdə BAO Başqanının ideoloji məsələlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli, Türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, BAO-nun Türk Dünyasını Araşdırmalar Qurumunun rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru Eldəniz Abbaslı iştirak ediblər. Görüş əsnasında Azərbaycan tarixinin müxtəlif dövrləri ilə, xüsusən Qacarlar sülaləsi ilə bağlı müzakirə aparılıb. Daha sonra Çingiz Qacar ondan alınlmış və bəzi internet saytlarında yayımlanmış müsahibəyə toxunub. O, qeyd edib ki, çox təəssüf ki, müsahibədə dediyi fikirlər kontekstdən çıxarılmış və bununla da ictimaiyyətdə onun haqqında mənfi rəy formalaşmışdır. Akademik vurğulab ki, bununla bağlı hazırlanmış təkzib məktubu saytlara göndəriləcəkdir.

FOTOLAR:

BAO İnformasiya Xidməti

12.03.2017