BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Üç həftə əvvəl yaxalanan azərbaycanlı fəal Nasir Xülusi Təbrizin mərkəzi zindanına köçürülüb

12:43 / 15-02-2017   /   baxış - 73

İranda Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda apardığı dinc fəaliyyətinə görə yanvarın 23-də tutulan və son günlərə qədər harada saxlandığı bilinməyən  fəal Nasir Xülusinin son durumu barədə məlumat yayılıb.

 

Güney Azərbaycan mənbələrinin yaydığı məlumata görə, həbs edildiyi gündən Təbriz “Sepah”ının ETTELAAT təşkilatının təkadamlıq kamerasında saxlanılan Nasir Xülusi, fevralın 13-də Təbrizin mərkəzi zindanının karantin bölməsinə köçürülüb. Qeyd olunur ki, gənc fəalın müvəqqəti olaraq azadlığa buraxılması qarşılığında 500 milyon tümənlik mülki vəsiqə girov qoyulması tələb edilib. Bildirilir ki, istənilən vəsiqə təqdim ediləcəyi təqdirdə azərbaycanlı fəal hakimin razılığı ilə müvəqqəti olaraq azadlığa çıxa biləcək.

 

Fəal Nasir Xülusi  yanvarın 23-ü axşam saatlarında Təbrizdən Urmiyaya gedərkən yolda mülki geyimli ETTELAAT əməkdaşları tərəfindən tutulub. Onun son günlərə qədər durumu haqda hər hansı bir məlumat yayılmamışdı.

 

Qeyd edək ki, son həftələr İranın müxtəlif şəhərlərində, o cümlədən də paytaxt Tehranda dinc azərbaycanlı fəallara qarşı təzyiqlər gücləndirilib, onlardan bəziləri həbs edilib.

 

BAO.AZ