BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Hər bir güney azərbaycanlı bir növ milli ruh daşıyır - Türkiyə parlamentinin keçmiş deputatı - Video

22:26 / 29-10-2017   /   baxış - 278

Hər bir güney azərbaycanlı bir növ milli ruh daşıyır - Türkiyə parlamentinin keçmiş deputatı - Video

Türkiyə parlamentinin keçmiş deputatı Sinan Oğan “Habertürk” Telekanalının canlı verilişində güney azərbaycanlıların milli şüurundan söz açıb.

Bozqurd işarəsi tutan müəllimin işindən uzaqlaşdırılmasına görə Türkiyə hakmimiyətini tənqid edən S.Oğan, bu məsələdə güney azərbaycanlıları nümunə kimi göstərib.

“2011-ci il fevralın 17-də dövrün prezidenti Abdulla Gül Təbrizə tarixi səfər etdi, o bu səfərdə Təbriz əhalisinin göstərdiyi bozqurd işarəsindən çox təəccüblənmişdir. Hər bir güney azərbaycanlı bir növ mədəni və milli ruh daşıyır, onlar bozqurd işarəsi tuturlar”- deyə o bildirib.

Milliyyətçi Hərəkət Partiyasının (MHP) keçmiş üzvü həmçinin əlavə edib ki, “İraq Türkmən Cəbhəsinin lideri Ərşəd Salehi də bozqurd işarəsi tutur. Əslində Türkiyədən kənar yerlərdə yaşayan türklər türk olduqlarını göstərmək üçün bu işarədən istifadə edirlər. Necə ki, digər işarələrdən istifadə edənlər cəzalandırılmır, eləcə də bozqurd işarəsi göstərənlər cəzalandırılmamalıdır, əks halda ədalətsizlikdir.”

 

https://www.youtube.com/watch?time_continue=8&v=oZn7RYPUB0U

 

 

Əslən azərbaycanlı, Iğdırda anadan olan Sinan Oğan Türkiyənin tanınmış siyasətçilərindən biridir. O Güney Azərbaycanda gedən ictimai-siyasi proseslər haqda yetəri qədər məlumata malikdir.

Xatırladaq ki, ötən günlərdə Türkiyədə dərs zamanı əli ilə bozqurd işarəsi tutaraq şəkil çəkdirən və bunu sosial şəbəkədə paylaşan müəllim gözləmədiyi durumla üzləşib, mlliyyətçi müəllim işindən uzaqlaşdırılıb.

Türkiyədə Diyarbakırın Bismil rayonundakı bir məktəbdə ağıllı taxta qarşısında bozqurd işarəsi tutaraq şəkil çəkdirən müəllim haqqında araşdırma başlanıb.

Belə ki, fotoşəkil sosial mediada reaksiyalara səbəb olub.

Diyarbakır Milli Təhsil İdarəsi mövzunun həssaslığını nəzərə alaraq müəllim Ö.D.nin işinə son verib.

 

Abdulla Gül Təbrizdə - 2011-ci il

https://www.youtube.com/watch?time_continue=4&v=iHX0vUP-opA

 

GünAz TV.