BÜTÖV AZƏRBAYCAN OCAQLARI
9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçiriləcək

00:50 / 08-11-2017   /   baxış - 161

9 noyabr 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçiriləcək.

Tədbirdə ziyalılar, ictimai-siyasi fəallar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.

Tədbir saat 15:00-da başlayacaq.

Ünvan:  Bakı şəhəri, Ələşrəf Əlizadə-31. Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahının (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı) böyük akt zalı.

BAO İnformasiya Xidməti

07.11.2017.