BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Həbib Sasaniyan Beynəlxalq Ana Dili günü münasibəti ilə həbsxanadan mesaj göndərib - Səs Faylı

16:10 / 21-02-2017   /   baxış - 71

Həbib Sasaniyan Beynəlxalq Ana Dili günü münasibəti ilə həbsxanadan mesaj göndərib - Səs Faylı
 

Azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyan 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibəti ilə Təbrizin mərkəzi zindanından mesaj göndərib.  

 

Fəal Səs Faylı şəklində göndərilən mesajda Güney Azərbaycan türk milləti və ana dili qadağan edilmiş bütün milətləri Beynəlxalq Ana Dili Günü münasibəti ilə təbrik edib.

 

İran rejiminin irqçi siyasətinə işarə edən fəal Azərbaycan Milli Hərəkat fəallarını təşkilat mənsubiyyətindən asılı olmayaraq Azərbaycan türk millətinin mədəni hüquqları uğrunda hərəkət edəcəklərinə ümid etidiyini bildirib.

 

Ərdəbilli fəal Təbrizin mərkəzi zindanına 10-cu aydır qeyri-müəyyən vəziyyətdə saxlanılır, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi hakimlərə təzyiq edərək onun müvəqqəti azadlığa buraxılmasına imkan vermir.  

 

Müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi bildirilən fəal 2016-cı il mayın 15-də Yunis Rəhimi, İsmail Əfxəmi, Babək Avənd, Həmid Səqəfi və Mehdi Cavadzadə ilə birlikdə Ərdəbildə saxlanılıb.

H.Sasaniyana yaxın şəxslərdən biri onun hazırda qan təzyiqi və şəkər xəstəliklərindən əziyyət çəkdiyini bildirib.

Azərbaycanlı fəal bu günə qədər dəfələrlə zindan məsullarına müraciət edərək ciddi müalicəyə ehtiyacı olduğunu bildirib, lakin o hər dəfə xüsusi bölümə köçürülməklə təhdid edilib.

 

Fəalın nədə ittiham olduğu dəqiq olaraq məlum olmasa da, onun Azərbaycan-Ermənistan münaqişəsi və onunla bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğu deyilir.

 

43 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

H.Sasaniyanın göndərdiyi Səs Faylını buradan dinləyə bilərsiniz.

 

BAO.AZ