BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ərdoğan: Bölgədə fars millətçiliyinin qarşısı alınmalıdır

14:11 / 14-02-2017   /   baxış - 131

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gündür körfəz ölkələrində səfərdədir.  O Bəhreyndə bölgə ölkələri, o cümlədən İraq və Suriyada fars millətçiliyi istiqamətində aparılan siyasətdən danışıb.

 

Ərdoğan fevralın 13-də etdiyi çıxışı zamanı Suriyanın ərazi bütövlüyünün qorunmasını dəstəklədiklərini bildirərək, İrana qarşı sərt tənqidlər səsləndirib.

 

“Biz Suriyanın parçalanmasını istəmirik. Suriyanın parçalanmasının əleyhinəyik, amma bilin ki, kimlərsə həm Suriyanın, həm İraqın parçalanmasını istəyirlər. İraqın bölünməsi işlərini aparanlar var. Orada məzhəb savaşı ilə yanaşı, eyni zamanda etnik savaş da var. Çünki orada da bir fars millətçiliyini ortaya atıblar. Bu fars millətçiliyi ilə də İraqı parçalamaq istəyirlər. Bunların qarşısını almağımız lazımdır. Oxşar vəziyyət Suriyada da var. Suriyada da bu yöndə gedən proseslərin qarşısını almağımız lazımdır. Bunun üçün də təbii ki, Körfəz ölkələrinin, bizim üzərimizə düşən nə varsa, bunları birlikdə etməliyik. Çünki biz zülmə tamaşaçı qala bilmərik, qalmayacağıq”, – deyə Türkiyə prezidenti bildirib.

 

BAO.AZ