BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Orta Doğuda mövcud hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa keçiriləcək

23:46 / 20-09-2017   /   baxış - 298

23 sentyabr 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO)  təşkilatçılığı ilə “Orta Doğuda mövcud hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa keçiriləcək.

Dəyirmi masada tanınmış siyasi ekspertlər, ictimai və siyasi təşkilatların nümayəndələri, ziyalılar, gənclər və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.

Tədbirin sonunda tədbir iştirakçıları adından mövzu ilə bağlı bəyanatın qəbul olunası nəzərdə tutulur.

Tədbir saat 12:00-da başlayacaq

Ünvan:  Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun qərargahı (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).

BAO İnformasiya Xidməti

20.09.2017