Bütöv Azərbaycan Ocaqları (BAO) üzvlərinin iştirakı ilə 10 yanvar 2021-cil tarixində ümumi yığıncaq keçirilmişdir.
Öncə BAO başqanının siyasi məsələr üzrə müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev ölkədədəki ictimai-siyasi durum haqqında məlumat vermişdir.
Daha sonra təşkilatın növbəti Qurultay səlahiyyətli Ümumi Yığıncağının keçirilməsi məsələsi müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.
Qurultay səlahiyyətli Ümumi Yığıncağın keçirilməsi məqsədilə 5 nəfərdən ibarət Təşkilat Komitəsi (TK) yaradılmışdır.
Ümumi yığıncaqdan sonra TK-nin yığıncağı keçirilmişdir. TK-nın yığıncağında BAO başqanının təşkilati məsələlər üzrə sabiq müavini Araş Şamil TK-nin sədri seçilmişdir.
Qurultay səlahiyyətli Ümumi Yığıncağa qədərki dövrdə BAO-nun bütün seçkili orqanlarının fəaliyyətinə xitam verilmişdir.
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Qurultay səlahiyyətli Ümumi Yığıncağının “zoom” proqramı üzərindən 31 yanvar 2021-ci il tarixində Bakı vaxtı ilə saat 18:00-da (Ankara vaxtı: 17:00) keçirilməsinə qərar verilmişdir.
BAO İnfoermasiya Xidməti
10.01.2021.