BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İlk addım kimi siyasi məhbusların azadlığına çağırırıq

09:34 / 25-04-2015   /   baxış - 311

ABŞ-ın ATƏT-dəki Missiyası Rəsul Cəfərovun həbsini tənqid edən bəyanat açıqlayıb.

Amerikanın Səsinin missiyadan əldə etdiyi məlumata görə, ABŞ səfiri Daniel Baer ATƏT-in Daimi Şurasına müraciətində bildirib ki, ABŞ aprelin 16-da insan haqları fəalı Rəsul Cəfərovun məhkəmə qərarı ilə 6 il yarım azadlıqdan məhrum edilməsindən dərin narahatlıq hissi keçirir.

"İnsan Haqları Klubunun təsisçisi və rəhbəri olan cənab Cəfərov keçən ilin avqustunda insan haqları fəallarına qarşı kütləvi basqıların bir hissəsi kimi həbs edilib. Onun həbsi Azərbaycanda demokratiyanın daha da geriləməsinə işarədir.

Birləşmiş Ştatlar Azərbaycan hökumətini ATƏT qarşısında götürdüyü və digər beynəlxalq öhdəliklərə əməl etməyə çağırır.

Azərbaycan öz vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmalı və götürdüyü öhdəliklərini həyata keçirmək istiqamətində ATƏT-lə birgə çalışmalıdır. İlk addım kimi biz rəsmiləri cənab Cəfərov və fundamental haqlarını tələb edən digər məhbusları azad etməyə çağırırıq. Bu, ölkənin uzunmüddətli sabitliyini və ikitərəfli əlaqələri gücləndirə bilər".

Şurasının sədrinə müraciət edən ABŞ səfiri bildirib ki, cənab Cəfərovun həbsi yeganə belə hal deyil.

"Elə dünən insan haqları müdafiəçisi İntiqam Əliyev siyasi motivli ittihamlarla 7 il yarım müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətləri üçün məkan daralaraq təşkilatların funksionallığını artan şəkildə çətinləşdirir" - deyə səfir Daniel Baerin müraciətində deyilir.



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020