BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO təmsilçiləri Qırğızıstan səfirliyində olublar

18:08 / 19-01-2017   /   baxış - 234

Bu gün - 19 yanvar 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təmsilçiləri Qırğızıstanın Azərbaycandakı səfirliyində olublar.

BAO Başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru, dos. Faiq Ələkbərli və BAO-nun Türk Dünyası Araşdırmalar Qurumunun rəhbəri, fəlsəfə doktoru Eldəniz Abbaslı Qırğızıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Ayciqit Buranovla görüşüblər. Görüşdə BAO təmsilçiləri  yanvarın 16-da Qırğızıstanda insan tələfatı ilə nəticələnən təyyarə qəzasının baş verməsinə görə kədərləndiklərini və qardaş xalqın dərdinə şərik olduqlarını ifadə ediblər və BAO Başqanı və üzvləri adından diplomata və Qırğızıstan xalqına başsağlığı veriblər.

Sonda diplomata Bütöv Azərbaycan Ocaqlarının fəaliyyəti, təməl prinsipləri ilə bağlı məlumat verilmiş, BAO-nun Qırğızıstanda fəaliyyət göstərən ictimai təşkilatlarla əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Bao.az



Ermənistan ordusunun hərbçisi öldü
17:00 / 21-08-2017
Xətaidə şəhid parkında büstü dağıdıb yerində pivəxana açdılar — ŞİKAYƏT
17:55 / 09-08-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
10:22 / 26-07-2017
Zəhralar ölməsin
23:33 / 07-07-2017
Erməni ordusu darmadağın edildi: Xeyli canlı qüvvə və döyüş texnikası məhv edildi – RƏSMİ
23:20 / 07-07-2017
Ermənilərin qətl etdiyi Azərbaycanlı uşaqların STATİSTİKASI
22:35 / 07-07-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
22:09 / 01-07-2017
Elçibəyin doğum günü münasibətiylə “Elçibəy-79” adlı ədəbi-bədii tədbir keçiriləcək
23:42 / 12-06-2017
“Yaddan çıxmaz Qarabağ...”
18:39 / 08-06-2017
22 may 2006-cı il Guney Azərbaycan azadlıq mübarizəsinin yeni mərhələsinin başlanmasıdır
20:17 / 05-06-2017
Tarixi ərazimiz olan İrəvanı hansı şərtlə ermənilərə güzəştə getdik?
18:53 / 05-06-2017
İmperiya məkri, Bəy uzaq görənliyi!!!
18:36 / 05-06-2017
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
20:11 / 01-06-2017
Rusiyaya qarşı yeni hərbi ittifaq: Azərbaycan da var
21:34 / 15-05-2017
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağa gedib
21:28 / 15-05-2017
‘’Ustad Şəhriyar’’ mövzusunda tədbir keçirildi.
18:06 / 15-05-2017