BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Rusiya və Ermənistan üçün beynəlxalq hüquq mənasız anlayışdır”

22:24 / 05-10-2015   /   baxış - 330

Söylənən fikir nüfuzlu “The Washington Times” qəzetində dərc olunan “Dağlıq Qarabağ hadisələrinə yenidən baxış” sərlövhəli yazıdan götürülüb.

Yazının müəllifi Aleksandr Murinson Dağlq Qarabağ hadisələrinin qısa xronikasını verərək erməni tərəfinin işğalı Dağlıq Qarabağdan kənar ərazilərə - Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Laçına yaydıqlarını bildirib. O, Beynəlxalq Böhran Qrupunun hesabatlarına əsasən münaqişə nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın-köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb: “Ermənistanın təcavüzkar dövlət olması şübhə doğurmayan faktdır. Ermənistan bu gün beynəlxalq hüquqla Azərbaycanın suveren ərazisi sayılan torpaqların qeyri-qanuni işğalını davam etdirir. Kapitol Hilldə olan çoxsaylı ermənipərəst qüvvələr bunun əksini iddia etməyə çalısalar da, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələyə həqiqi qiymət verir və faktları təbliğatdan ayırır”.

Yazıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələr, eləcə də “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı xüsusi qeyd edilib: “Ən əsası, məhkəmə qərarı Ermənistanın Dağlıq Qarabağ və 7 ətraf rayon üzərində effektiv hakimiyyəti və yurisdiksiyasının olmadığı barədə Ermənistan hökumətinin etirazlarını əsassız sayıb. Ermənistana görə, Dağlıq Qarabağ suveren dövlətdir. Avropa İnsan Haqları Məhkəməsinin məsələ ilə bağlı yekun qərarı isə belədir: Ermənistan hazırda Dağlıq Qarabağ və ətraf ərazilərdə effektiv nəzarət həyat keçirir”.

 

A. Murinsonun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan münaqişənin Avropa İnsan Haqları Məhkəməsi çərçivəsində və ya onun vasitəçiliyi ilə deyil, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu çərçivəsində aparıldığını deyərək məhkəmənin qərarını ciddiyə almadığını göstərib: “Azərbaycanın qaydalara əməl etməsinə, məhkəmədə şikayətlərinin təmin olunmasına, ədalətli sülhə çalışmasına baxmayaraq, Ermənistan qanunlara məhəl qoymur, beynəlxalq institutlar, məhkəmələr və qanunun aliliyini görməzdən gəlir”.



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020