BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Zəka Sahib: Erməni dəstəkçisi olan Xamneyiyə “böyük rəhbər”, “Seyid Əli Xamneyi ağa” deməyiniz heç də hörmətdən irəli gəlmir

20:29 / 18-01-2018   /   baxış - 179

Bütöv Azərbaycan Ocaqları (BAO) fəalı Zəka Sahib Vəhdət partiyasının sədri, deputat Tahir Kərimlinin  Xamneyiyə “ağa” deməsiə qarşı tənqidi fikirlərini bilıdirdikdən sonra Tahir kərimli bu barədə açıqlama verib. Z.Sahib b açıqlamaya qarşı da öz filirlərini bildirib. Z.Sahinbin həmin fikirlərini olduğu kiumi təqdim edirik:

 
Hörmətli Tahir Kərimli onun Xamneyiyə “ağa” deməsini tənqid etdiyim üçün mənə cavab ünvanlayıb. 
Tahir bəyin bu cavabını yanlış işlətdiyi ifadəsini sığortalamaq kimi başa düşmək olar. Tahir bəy zamanında Azərbaycan istiqlalina imza atmış şəxslərdəndir, lakin sonraki ziq-zaq siyasi fəaliyyəti və siyasi məğlubiyyəti onun illərlə çəkdiyi əziyyətini yerə vurdu. 
Tahir bəy 2015-ci ildə Kanal 13-ə müsahibəsində “Böyük Azərbaycanın adamı” olduğunu qeyd edirdi. Lakin o hadisədən bir müddət sonra İrandan səfərdən qayıdan zaman səsli müsahibə verərək, "Böyük rəhbər Seyid Əli Xamneyi ağa" ifadəsini işlətdi. Bu iki müsahibə və bugünkü açıqlaması arasında heç bir uyğunluq yoxdur. Xamneyiyə "ağa" deyənlər ona təqlid edən insanlardı, bəlkə Tahir bəy də Xamneyiyə təqlid edir? 
Tahir bəy Xamneyi haqqında dediyi ifadəni hörmət əlaməti olaraq işlətdiyini bildirir, amma hörmət əlaməti olaraq İranin birinci şəxsinə "böyük rəhbər" demək heç bir məntiqə sığmır. Tahir bəy, sizin “böyük rəhbər” dediyiniz şəxs Xocalıda körpə uşaqları qətlə yetirən Sarkisyana bütün gücü ilə iqtisadi yardım edir, Qarabağ məsələsində Ermənistanın mövqeyini hər zaman dəstəkləyir, Güney Azərbaycan Türklərinin isə milli haqlarını ayaqlar altına alır, Allahın insanlara bəxş etdiyi ana dilini belə onların əlindən alır. Məgər siz bunları görmürsünüz? 
Tahir bəy, siz hörmətdən danışırsınızsa 2015-ci il parlament seçkilərində bütün kampaniyanı milli azadliq hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyə qarşı kinli mövqe qoymaqla apardınız. Təmsil olunduğunuz parlament isə həmin şəxsə “eks-prezdent” statusu verib ən azından həmin quruma hörmət edin. Öz ölkənizin önəmli şəxsi haqqında kinli mövqe sərgiləməklə hər zaman diqqətdə qalmağa çalışırsınız, lakin strateji hədəflərimizə qarşı hiygələr mövqeyi ilə seçilən, müstəqilliyimizə qarşı hər zaman mübarizə aparan İran adlı dövlətin birinci şəxsinə, həm də Erməni dəstəkçisi olan Xamneyiyə "böyük rəhbər”, “Seyid Əli Xamneyi ağa" deməyinizin heç də hörmətdən irəli gəldiyi görsənmir. Bizim öz ana dilimiz var, “cənab” sözünü “ağayi” sözü ilə əvəz etmək də doğru sayılmaz. Azərbaycan deputatının diplomatik münasibətləri hər zaman konflikti olan ölkənin birinci şəxsinə "böyük rəhbər”, “Seyid Əli Xamneyi ağa" deməsi nə dərəcədə hüquqa uyğundur? Bir halda ki, siz hüquq üzrə təhsil alıb o sahədə rəsmi vəzifədə olmusunuz, niyə ağa sözünü cənab sözü ilə əvəz etmirsiniz? Sizi onların dili ilə danışmağa nə məcbur edir? 
Cənab Tahir Kərimli, bütün gücünüzlə çalışsaniz belə, nə Xamneyini, nə də ki, onun tərəfdarlarını bu millətə sevdirə bilməyəcəksiniz. Çünki bu millətin 35 milyondan çox qardaş və bacıları orada ana dili hüququna malik olmadığı hər kəsə məlumdur, xalqımızın həqiqətləri deyən və onu müdafiə edəcək yetərincə fədakarları var, özünüzü boşuna yormayın.

Zəka Sahib

Vəhdət Partiyasının Mətbuat Xidmətindən Sozcu.az saytının e-mail ünvanına daxil olan yazida deputatın işlətdiyi "Xamnei Ağa" cümləsinə açıqlama verilib.

Həmin açıqlamanı təqdim edirik:

"Zəka Sahibin sizin saytda yayımlanan müsahibəsinə əslində cavab verməmək olardı. Amma yalnış danışan birisinə bilmədiyini öyrənməsi üçün cavab verməyi lazım bidim. Heç olmasa öyrənsin. Xomneyi Ağa ifadəsi hörmət anlamındadır. Ağaye Xomneyi adı tərcümə olunduqda Xomneyi ağa kimi səslənir. Necə ki, Azərbaycan dilində cənab sözü işlədilir, eləcə də qonşu İran dövlətində də Ağa ifadəsi işlədilir. Bilməmək ayıb deyil hörmətli Zəka bəy, bilməyə-bilməyə özünü bilən kimi aparmaq yalnışdır".

P.S. Xatrıladaq ki, Deputat Tahir Tahir Kərimli ilə Zəka Sahib 2015-ci ildə keçirilən parlament seçkilərində eyni dairədən deputatlığa namizəd olublar. 
 
bao.az.


“Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu” mövzusunda diskussiya keçiriləcək
21:16 / 15-02-2018
Mehriban Vəzir BAO Mərkəzi Şurasına üzv qəbul edildi
19:32 / 14-02-2018
BAŞSAĞLIĞI
20:25 / 08-02-2018
“Rəsulzadə-134” mövzusunda dəyirmi masa keçiriləcək
19:30 / 23-01-2018
Şəhidlər Xiyabanına ziyarət yürüşü təşkil ediləcək
11:04 / 20-01-2018
Dilavər Əzimli: Mehriban Vəzirin BAO-ya gəlişi gücümüzü birə-beş artırdı
00:14 / 16-01-2018
DOĞUM GÜNÜ TƏBRİKİ
23:06 / 15-01-2018
BAŞSAĞLIĞI
18:19 / 07-01-2018
HƏMRƏYLİK GÜNÜNÜZ VƏ YENİ İLİNİZ MÜBARƏK!
18:32 / 30-12-2017
Təbriz və Urmiyə şəhərlərində “26 Azər” Günü münasibəti türkcə kitablar paylanılıb - GÖRÜNTÜ
22:21 / 18-12-2017
BAO-çular İraq Türkləri və Yardımlaşma Dərnəyində olublar
20:34 / 08-12-2017
BAO-çular İstanbulda “21 Azər” hərəkatı ilə bağlı tədbirə qatılıblar
20:13 / 08-12-2017
9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçiriləcək
00:50 / 08-11-2017
Nəcəfalı Cahangirli: “İnanmıram ki, Qabil Hüseyinli belə müsahibə versin”
22:26 / 09-09-2017
Türk Bölgələri Fraksiyası Elm, tədqiqat və texnologiyalar nazirinin Azərbaycandan seçilməsini istəyir – Urmiyənin millət vəkili
23:52 / 07-09-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
18:10 / 31-08-2017