BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Heydərov və Qaralov gücsüzlüklərini etiraf etdilər...

22:51 / 21-05-2015   /   baxış - 393

Bu, Ramiz Mehdiyevin kürəkəni, deputat İlham Əliyevin bu təmirlərlə birbaşa bağlılığını göstərir

Bu gün təxminən 17.00 radələrində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin başçılığı altında dünən baş vermiş faciə ilə bağlı yaradılmış dövlət komissiyanın iclasına baxdım. İştirakçıların çıxışına diqqətlə qulaq asdım və bəzi nəticələrə gəldim. Ən təəccüblü olan odur ki, sən demə hələ 2014-cü ilin fevralından başlayaraq bu il aprel ayının 10-da baş verən yanğına qədər iki oxşar hadisə - əvvəl Sumqayıtda, sonra isə Buzovna qəsəbəsində baş vermiş və bu baradə Baş Prokuror Zakir Qaralovun xəbəri olmuşdur. Çıxışında bunu deyən Baş Prokuror nə üçün bir tədbir görmədiyini isə açıqlamadı. Bundan sonra ilk günlərdən baş vermiş faciədə adı hallanan FH naziri Kəmaləddin Heydərov çıxış etdi və qanunsuzluq olduğunu bildiklərini və müvafiq strukturları tikintinin qanunsuz aparıldığı barədə dəfələrlə xəbərdar etdiklərini xatırlatdı. Çıxışçıların demək olar ki, hamısı bildirdi ki, başıbəlalı təmir-tikinti işləri heç bir müqavilə olmadan, qanunsuz, yerli icra başçılarının xeyir-duası ilə aparılmışdır.
Çox maraqlı hal alınır. Ölkənin ən nüfuzlu nazirlərindən sayılan FHN-nin başçısı Kəmaləddin Heydərov Prezidentin yanındakı iclasda onların suçunun olmadığını, qanunda nəzərdə tutulduğu qaydada dəfələrlə müvafiq xəbərdarlıqlar etdiklərini bildirdi. Deməli, bu işi görənlər onların hər ikisindən güclü şəxs olub. Nə üçün belə yazıram? Çünki, hamı kimi mən də bilirəm ki, ölkə qanunlarla deyil fərdlərlə idarə olunur. Prezidentin çıxışında verdikləri suallardan, iştirakçıların çıxışına reaksiyadan görünürdü ki, hadisənin artıq hakimiyyət üçün təhlükə yaratdığı ona bəllidir və bu hadisədə bütün günahkarların aşkar edilməsində, cəzalandırılmasında israrlıdır. Prezidentdən sonra isə Azərbaycanda ikinci şəxsin Ramiz Mehdiyev olduğu heç kimdə şübhə doğurmur. Ramiz Mehdiyev iclasda iştirak etmirdi. Bu ola bilsin onun sağlamlığı ilə bağlıdır. Hərçənd ki, akademikin bu günlərdə iş başında olduğunu TV-lər nümayiş etdirmişdilər. Bundan əlavə "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayevin Ramiz Mehdiyevin kürəkəni, Milli Məclisin deputatı İlham Əliyevə verdiyi sualda o, dünən rəhbəri həbs olunmuş "Global Stone" şirkətinə bilavasitə aidiyyatı olduğunu etiraf etmişdi. Hərçənd ki, bir neçə dəqiqə bundan əvvəl həmin məlumat saytdan çıxarıldı. Bundan başqa, bu günə qədər səsini eşitmədiyimiz deputat İlham Əliyev bu gün çıxış etdi və baş vermiş hadisəni dolayısı ilə təxribat adlandırdı. Nəzərə alsaq ki, metallurgiya sahəsi Ramiz Mehdiyevin oğlunun dostu olan Rasim Məmmədovun inhisarındadır, bu təmirlərdə dəyəri heç də üzlük materiallarından az olmayan metal məmulatlardan istifadə edilmişdir, məntiqi sonuc öz yerini tutur.

Prezident çıxışında bir neçə dəfə vəzifəli şəxslərin qohumlarının öz imkanlarından sui istifadə etmələrini xüsusilə vurğuladığını, rayon icra hakimiyyəti başçılarının faktiki olaraq Ramiz Mehdiyevdən başqa heç kimlə hesablaşmamalarını, Kəmaləddin Heydərovun, Zakir Qaralovun Prezidentin yanında gücsüzlüklərini etiraf etməsi Ramiz Mehdiyevin kürəkəni, deputat İlham Əliyevin bu təmirlərlə birbaşa bağlılığını göstərir. Əgər bu cür olmasaydı insanların evlərinin içindəki təmirlərə də burnunu soxan müvafiq strukturlar hamının gözü qarşısında yüz milyonların yeyildiyi qanunsuz tikililərə heç vaxt göz yummazdılar. Mən hələ aparılan işlərin təhlükəliliyini demirəm. Başqa məsələ isə məsuliyyətli şəxslər də azdan-çoxdan bu yem yerindən öz paylarını alıblar.
Zənn edirəm ki, bu faciəyəyə səbəb olmuş təmir-tikinti işlərinin arxasında kimlərin durduğu Dövlət Komissiyasının iclasında iştirak edənlərə məndən də yaxşı bəllidir. Sadəcə, son dövrlər regionda Rusiyanın güclənməsi həmin şəxsləri konkret adları çəkməkdən çəkindirir.
Bu bir daha göstərdi ki, ölkə idarəçiliyində qanunlar yox, vəzifə, qohumluq əlaqələri əsas rol oynayır. Baş vermiş hadisə isə qanunlara söykənməyən sistemin çökməsinə bir işarədir.

Aslan İsmayılov



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020