BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Türk Bölgələri Fraksiyası Elm, tədqiqat və texnologiyalar nazirinin Azərbaycandan seçilməsini istəyir – Urmiyənin millət vəkili

23:52 / 07-09-2017   /   baxış - 102

Türk Bölgələri Fraksiyası Elm, tədqiqat və texnologiyalar nazirinin Azərbaycandan seçilməsini istəyir – Urmiyənin millət vəkili


Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri bildirib ki, Türk Fraksiyası Elm, tədqiqat və texnologiyalar naziri postuna Azərbaycandan olan birisinin parlamentə təqdim olunmasını müsbət qarşılayır.

 

Millət vəkili bu barədə “İsna” xəbər agentliyinə danışıb.

 

“Türk Bölgələri Fraksiyası güclü və bacarıqlı, eyni halda Azərbaycandan olan bir şəxsin Elm, tədqiqat və texnologiyalar naziri postuna gəlməsini dəstəkləyir. Prezident Həsən Ruhaninin yeni Nazirlər Kabinetində türk nazirinin olması, Azərbaycan diyarının yeni kabinetə olan baxışına da müsbət təsir edər.”- deyə o bildirib.

 

H.Bhaduri sözlərinin davamında deyib: “Elm, tədqiqat və texnologiyalar naziri postuna gələcək şəxs universitetlər səviyyəsində seçilən bir şəxs olmalıdır. O universitet müdiriyyətində, həmçinin Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin müxtəlif sahələrində güclü təcrübəyə malik olmalıdır. Şübhəsiz ki, Azərbaycan diyarından bu şəraitə malik olan namizədlər təqdim etmək mümkündür.”

 

İran prezidenti Həsən Ruhani 12-ci hökumət üzvlərinin siyahısını avqustun 8-də parlamentə təqdim edib. Elm, tədqiqat və texnologiyalar naziri vəzifəsinə isə namizəd təqdim olunmayıb. Siyahıda olan 17 namizəddən 3-ü istisna olmaqla digər namizədlərin hamısı fars bölgələrindən olub. Bir neçə gün sonra millət vəkilləri Energetika naziri postuna təqdim olunan namizəd istisna olmaqla, qalan bütün namizədlərə etimad səsi veriblər.

 

Nazirlər kabinetində yer alan Müdafiə nazirinin zəncanlı olduğu deyilir.

 

Yeni kabinetə namizədlərin siyahısı açıqlandıqdan dərhal sonra Məhəmməd Həsənnəjad, Nadir Qazipur, Məhəmməd Hüseyn Fərhəngi , Əlirza Məhcub və s. kimi türk deputatlar siyahının tərkibinə etiraz edib, Nazirlər Kabinetində türklərə yer verilməməsindən şikayətləniblər.

 

Həsən Ruhani nazir postlarına o halda fars millətinin nümayəndələrindən istifadə edib ki, İranın əksəriyyəti qeyri-fars millətlər, xüsusi ilə də Azərbaycan türklərindən ibarətdir. Şübhəsiz ki, parlamentə təqdim olunan siyahı İranda irqçiliyin bütün orqanlara, hətta prezident postuna belə nüfuz etdiyini göstərməkdədir.

 

GünAz TV.



Nəcəfalı Cahangirli: “İnanmıram ki, Qabil Hüseyinli belə müsahibə versin”
22:26 / 09-09-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
18:10 / 31-08-2017
Test üsulu ləğv ediləcəkmi?
09:15 / 24-08-2017
Ermənistan ordusunun hərbçisi öldü
17:00 / 21-08-2017
Xətaidə şəhid parkında büstü dağıdıb yerində pivəxana açdılar — ŞİKAYƏT
17:55 / 09-08-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
10:22 / 26-07-2017
Zəhralar ölməsin
23:33 / 07-07-2017
Erməni ordusu darmadağın edildi: Xeyli canlı qüvvə və döyüş texnikası məhv edildi – RƏSMİ
23:20 / 07-07-2017
Ermənilərin qətl etdiyi Azərbaycanlı uşaqların STATİSTİKASI
22:35 / 07-07-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
22:09 / 01-07-2017
Elçibəyin doğum günü münasibətiylə “Elçibəy-79” adlı ədəbi-bədii tədbir keçiriləcək
23:42 / 12-06-2017
“Yaddan çıxmaz Qarabağ...”
18:39 / 08-06-2017
22 may 2006-cı il Guney Azərbaycan azadlıq mübarizəsinin yeni mərhələsinin başlanmasıdır
20:17 / 05-06-2017
Tarixi ərazimiz olan İrəvanı hansı şərtlə ermənilərə güzəştə getdik?
18:53 / 05-06-2017
İmperiya məkri, Bəy uzaq görənliyi!!!
18:36 / 05-06-2017
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
20:11 / 01-06-2017