BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycan təkmillətli ölkədir - Odər Sərdar

15:37 / 07-03-2017   /   baxış - 175

Bu yazını yazmaqda məqsədimiz Sovet işğal rejimi zamanı Türk insanının beyninə yerləşdirilən və bu gün də bəlli kəsimlər tərəfindən hər dəfəsində dilə gətirilən və məqsədi göründüyü kimi Azərbaycanda birlik və bərabərliyi sağlamaq üçün deyil, Azərbaycan Türklərini etnik grup səviyyəsində tanımlamaya, kommunizimin Türklüyü yox sayma və Azərbaycan Türklərini XI yüzillikdə gəlmiş bir etnik qrup olaraq göstərməyə hədəflənmiş, Stalinin “paraçala və hökm et” siyasətinə uyğun olaraq işlədilən və elmi cəhətdən kökündən yanlış olan “Azərbaycan çoxmillətli ölkədir” ifadəsindən qaynaqlanan və günümüzdə Dövlətimizə və millətimizə düşmən qüvvəllər tərəfindən məkirli məqsədlər üçün istifadə olanacaq yanlış fikirləri ortadan qaldırmaqdır. Millət, milliyət məsələləri önəmli olduğu qədər də həssas bir məsələdir. Özəliklə də Azərbaycan kimi hər daşına kəsəyinə xaricdən və daxildən “iddiaçıları” olan bir məmləkət üçün.

      

       Belə bir ifadəni çox eşidirik; “Azərbaycan çoxmillətli ölkədir”...  Olsa gözəl, olarsa bu məmləkət bir xalı hər biri də bir rəng, bir gül olsun. Bu mövzu elə bir mövzudur ki, burada hansısa bir idealogiya açısından çıxış etmək olmaz. Məsələyə sırf dövlətçilik nöqteyi nəzərində elmi yanaşmaq gərəkdir. “Azərbaycan çoxmillətli ölkədir” ifadəsi Primordialist nəzəriyənin növlərindən biri olan marksist baxış açısının məhsuludur. Sovet işğal rejimi zamanı bu yanaşma çox incəliklə Azərbaycan insanının beyninə yeridilmişdir. Təəsüflər olsun ki, Sovet işğal rejimindən qurtulmağımza baxmayaraq hələ də tarixşunaslığımızda və günümüz insanların düşüncəsində bu baxış açısı hökmranlıq etməkdədir.

 

       Primordialist nəzəryəyə əsasən “millət obyektiv varlıq olub, bəşəriyyətin bir növ əzəli xarakteristikasıdır”.  XX yüzilliyin 60-cı illərindən başlayaraq isə Millət haqqında Modernist nəzəriyə formalaşmağa başladı. Primordialistlərdən fərqli olaraq modernist nəzəriyəyə əsasən millət heç bir halda əzəli varlıq olmayıb, yalnız tarixi inkişaf prosesinin müəyyən mərhələsində aqrar cəmiyyətdən sənaye istehsal üsuluna keçid dövründə meydana çıxan və (Xammalını kökündən alaraq) sırf  siyasi mənşəyə əsaslanan birlik formasıdır. Yəni Millət terminini aid edəcəyimiz etnos öz müstəqil olaraq aqrar cəmiyyətdən sənaye istehsal üsuluna keçid dövrünü başa vurmalı, və sırf siyasi mənşəyə əsaslanmalıdır. Bir sözlə hansısa bir etnosa Millət terminini aid etməyimiz üçün yuxarıda qeyd olunan şərtlərin olması mütləqdir. Bu mənada ki, etnosun millətə çevrilməsi kortəbii, öz-özünə baş verən bir proses deyildir. Əgər bu belə olsaydı indi dünyada qövmiyyət, etnos, milliyət mərhələsində yaşayan mədəni birliklər olmazdı. Hamısı öz-özünə millət mərhələsinə gəlmiş olardılar.

Müasir anlamda millət anlayışının meydana çıxması XVIII yüzilliyin sonunda Böyük Fransa inqilabından sonrakı dövrdə başlayır. Bu baxımdan da günümüzdə hər hansısa bir etnosa Millət anlayışı şamil etmədən öncə düşünməliyik... Etnos sanayeləşmə, dövlətləşmə, millətləşmə mərhələlərini keçibmi? Tarix boyu dövlətçilik ənənəsi varmıdır?

      

       Məmmədəmin Rəsulzadə “Milli dirilik” məqalələr silsiləsində etnik birliklərin üçpilləli iyerarxiyası ideyasını irəli sürür: qövmiyyət, milliyət və millət. Qövmiyyət-yalnızca nəsl və dil birliyini ehtiva edir, bir ata-babadan yetişmə və bir dildə danışan kiçik bir tayfa qövmiyyət məfhumuna aiddir. Milliyət anlayışında – qan qohumluğu amili öz əhəmiyyətini itirir, dil və mədəniyyət birliyi ön plana keçir. Millətə gəlincə isə, millət – dil birliyi, adət və əxlaq birliyi və bir tarixi keçmişin məcmusundan ibarət olub mütəşəkkil bir məhsuldur. Yəni millət termini o etnosa şamil edilə bilər ki, o etnos dövlət qurmaq əzmində israr etsin və bunda qalib gəlsin. Bundan əlavə etnos olaraq ayrıca bir şəkildə sənayeləşmə, urbanizasiya mərhələsi yaşmayan (ayrı bir şəkildə, bu amil millətin formalaşması üçün başlanğıcdır) etnosu necə millət adlandıra bilərik?

       

       İndi Azərbaycanda qövmiyyət halında yaşayan yurdaşlarımıza da millət, Türklərə də millət desək haqsızlıq etmiş olmarıqmı? Azərbaycanda qurulan bütün xanədanlıqların tək və şəriksiz sahibinin Türk milləti olduğu gerçəkliyini bir kənara qoyub məsələyə müasir millət konsepsiyasından yanaşsaq belə, M.Rəsulzadənin sözləri ilə desək; Azərbaycan türkləri bir millət olmaq əzmini sözün əsrimizdəki mədəni mənasıyla 28 May İstiqlal hadisəsi ilə göstərdi. Bir sözlə Millətin qəti olaraq formalaşması milli dövlət halında mümkündür (millət-dövlət). İngilis tədqiqatçısı A.Smit haqlı olaraq vurğulayırdı ki, millətlər yalnız öz müstəqil dövlətlərində təşəkkül tapa bilərlər.  

      

       “Azərbaycan çoxmillətli ölkədir” demək bəzilərinin idda etdiyi kimi birliyə, bərabərliyə səsləyən şuar deyil, bölücülük, ayrıcalıq yaradan bir şuardır. Əgər bir etnosa ayrıca millət deyirsənsə ona ayrı bir bayraq verməlisən, dövlət verməlisən... Bu məmləkətin bir bayrağı, bir milləti var. Hansı ki, milliyətindən (Millətindən yox ha, milliyətindən) asılı olmayaraq hər bir vətəndaşımızın tamlığı ilə mənimsəyəcəyi və sevəcəyi, onları bir qalxan kimi hər cür təhlükədən qoruyan Türk milləti və üç boyalı bayraq.

 

Odər Sərdar

Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutu - Magistratura tələbəsi 



Xətaidə şəhid parkında büstü dağıdıb yerində pivəxana açdılar — ŞİKAYƏT
17:55 / 09-08-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
10:22 / 26-07-2017
Zəhralar ölməsin
23:33 / 07-07-2017
Erməni ordusu darmadağın edildi: Xeyli canlı qüvvə və döyüş texnikası məhv edildi – RƏSMİ
23:20 / 07-07-2017
Ermənilərin qətl etdiyi Azərbaycanlı uşaqların STATİSTİKASI
22:35 / 07-07-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
22:09 / 01-07-2017
Elçibəyin doğum günü münasibətiylə “Elçibəy-79” adlı ədəbi-bədii tədbir keçiriləcək
23:42 / 12-06-2017
“Yaddan çıxmaz Qarabağ...”
18:39 / 08-06-2017
22 may 2006-cı il Guney Azərbaycan azadlıq mübarizəsinin yeni mərhələsinin başlanmasıdır
20:17 / 05-06-2017
Tarixi ərazimiz olan İrəvanı hansı şərtlə ermənilərə güzəştə getdik?
18:53 / 05-06-2017
İmperiya məkri, Bəy uzaq görənliyi!!!
18:36 / 05-06-2017
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
20:11 / 01-06-2017
Rusiyaya qarşı yeni hərbi ittifaq: Azərbaycan da var
21:34 / 15-05-2017
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağa gedib
21:28 / 15-05-2017
‘’Ustad Şəhriyar’’ mövzusunda tədbir keçirildi.
18:06 / 15-05-2017
CƏBHƏ XƏBƏRLƏRİ
09:44 / 12-05-2017