BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Sərkisyan Tehranda – düşmənin Bakıya yeni ismarışı

19:48 / 02-02-2017   /   baxış - 278

"Müsəlman qonşumuz" təcavüzkara qucağını genişləndirir; Erməni müdafiə nazirinin İrana 3 günlük səfərinin pərdəarxasında nələr var?; Ekspert: “İrəvanın revanş planlarına ən güclü zərbə Azərbaycanın preventiv zərbələri olacaq...” 

 

Qarabağ danışıqlarında durğunluq davam edir. İrəvan rəsmilərinin son aqressiv bəyanatlarından belə qənaət hasil olur ki, bu durğunluq tezliklə bitməyəcək. Çünki təəssüflər olsun ki, nə vasitəçi dövlətlər, nə də işğalçı Ermənistana az-çox təsirə malik digər regional, qonşu dövlətlər (məsələn, İran) İrəvana münasibətini dəyişməyə hazırlaşmır.

 
Yaranmış vəziyyətdə Dağlıq Qarabağda Bakının mini-müharibə taktikası xüsusi aktuallıq qazanmaqdadır. Bir sıra siyasi və hərbi ekspertlərə görə də işğalçıya vaxtaşırı preventiv zərbələr endirməklə onu taqətdən salmaq mövcud durumda Azərbaycan üçün ən əlverişli yol ola bilər. Çünki o halda təcavüzkar Qarabağ məsələsində tutduğu radikal mövqenin perspektivsizliyinə dönə-dönə əminlik hasil edəcək, erməni toplumunu daha obyektiv bir hökumət qurmaq zorunda qoyacaq.
 
***
 
“Mən əminəm ki, 4 günlük aprel müharibəsi zamanı Ermənistana ağır zərbə vuran Azərbaycan Vyana və Sankt-Peterburq danışıqlarında taktiki səhvə yol verib. Əslində isə Bakı birinci prinsipi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi olan ”Madrid prinsipləri"nin ardıcıl yerinə yetirilməsində təkid etməli idi. Bakı isə tamamilə qeyri-real olan atəşkəslə bağlı hansısa “araşdırma mexanizmlərinin tətbiqi”nə razılıq verdi - özü də münaqişə zonasının özündə". 
 
Image result for Aleksey Sinitsin
Musavat.com-un məlumatına görə, bu sözləri rusdilli vesti.az-a ABŞ-Azərbaycan İnkişafa Dəstək Fondunun baş eksperti Aleksey Sinitsin deyib. Onun sözlərinə görə, belə “mexanizmlər”in axtarışı siyasi dalana aparır: “Və bunun nəticəsi olaraq da Ermənistan aprel şokundan ayıldı və öz prezidenti Serj Sərkisyanın dilindən Azərbaycan üçün tamamilə qeyri-məqbul olan təkliflər səsləndi. Erməni lideri dedi ki, heç kim Dağlıq Qarabağın taleyini həll etmək hüququna malik deyil - nə Ermənistan, nə də Azərbaycan. Bu isə o deməkdir ki, Ermənistan yox, məhz separatçı ”DQR" danışıqların subyekti kimi qəbul olunmalıdır - nəyin nəticəsində ki, Sərkisyanın iddiasına görə, Dağlıq Qarabağın əhalisi vasitəsilə regionun yekun statusu müəyyən edilməlidir".
 
Image result for Sərkisyan
 
Ekspertin sözlərinə görə, Sərkisyanın dediyi absurd və təxribatçı bir təklifdir və onu heç ciddi müzakirə etməyə də dəyməz: “Mən təəccüblənmərəm, əgər bununla erməni tərəfi vaxtı uzadıb apreldəki uğursuzluğa görə revanş götürmək üçün yaxşı hazırlaşmaq niyyəti güdürsə. O vaxt ermənilər şokda idilər. Hələ havadan barıt qoxusu çəkilməmişdi, Sərkisyan isə Moskvaya deyil, Angela Merkelin yanına qaçdı ki, hamıdan hamıya şikayət eləsin. Tədricən erməni isteblişmenti özünə gəldi və indi erməni KİV-ləri öz həmvətənlərini inandırmağa çalışır ki, onlar guya aprel müharibəsində qələbə qazanıblar”.
 
Analitik bu və digər səbəblərdən danışıqlar prosesində tezliklə irəliləyiş gözləmir. “Amma ermənilərin keçən ilki məğlubiyyətə görə revanş götürmək cəhdlərini istisna etmirəm. Yeri gəlmişkən, həmin məğlubiyyət Ermənistan üçün təkcə strateji yüksəkliklərin itirilməsi ilə deyil, həm də Müdafiə Nazirliyi rəhbərliyinin bütünlüklə dəyişməsi, hakim elitaya etimadın çökməsi, etiraz aksiyaları və hətta dövlət çevrilişi cəhdi ilə nəticələndi. Ona görə də əgər erməni tərəfi hansısa revanşa cəhd eləsə, o zaman Azərbaycan ordusunun lokal da olsa, güclü cavab zərbəsi Ermənistan hakim elitasının bütün iyerarxik nərdivanını kənara tullayacaq. Bu isə çoxillik Qarabağ böhranının ədalətli həllinə doğru real addım olar”.
 
*** 
 
Yeri gəlmişkən, Ermənistanın yeni müdafiə naziri Vigen Sərkisyan hazırda İranda 3 günlük səfərdədir. Dünən o, İranın müdafiə nazirləri Hüseyn Dehqanla görüşüb. Görüşdə Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub. Bu barədə “Iran Daily” məlumat yayıb.
 
Image result for Karabagh minval.az
 
“Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər regionda sülh və sabitliyin qorunub-saxlanması üzrə səylərin mühümlüyünü, həmçinin münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar”, - deyə məlumatda bildirilir. Erməni müdafiə naziri regionda gərginlik və böhranların aradan qaldırılmasında, Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin nizamlanmasında İranın rolunu alqışlayıb.
 
Əslinə qalsa, İranın konfliktin həllində heç bir pozitivi rolu yoxdur. Əksinə, Tehran illərdir təcavüzkar ölkəyə maddi-iqtisadi dəstək verməklə, Ermənistana “nəfəsliyi” açıq saxlamaqla İrəvanın Dağlıq Qarabağ məsələsində qeyri-konstruktiv və təxribatçı mövqeyini gücləndirir, Qarabağ düyününün açılımasına mane olur. Yəni İran əgər nizamlama prosesində müsbət rol oymamaq istəyirsə, o zaman məntiqlə, ilk növbədə Ermənistana real təsir rıçaqlarını işə salmalıdır. 
 
Image result for Sərkisyan Ruhani
 
Bu isə görünmür. Prezident Həsən Ruhaninin İrəvan səfəri də göstərdi ki, Tehran faktiki surətdə, bölgədə müharibə istəməsə də, Ermənistana təzyiq göstərməyə də hazırlaşmır. Əksinə, işğalçı ölkə ilə iqtisadi-ticari əlaqələri daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdır. Ruhaninin İrəvanda Qarabağa dair şablon bəyanatla çıxış eləməsi, “işğal” sözünü dilə gətirməməsi, BMT TŞ-nin Qarabağa dair məlum qətnamələrinin adını çəkməməsi bu xüsusda təsadüfi sayıla bilməz.  
 
***
 
O ki qaldı Ermənistan müdafiə nazirinin Tehrana 3 günlük səfərinə, bunu ən əvvəl Ruhaninin İrəvan ziyarətinin ardınca işğalçı ölkə ilə müsəlman cənub qonşumuz arasında ilişkilərin yetərincə isti olmasının növbəti təzahürü kimi qəbul eləmək lazım gəlir. Hər necə olmasa, beynəlxalq məhdudiyyətlər üzündən İranla Ermənistan arasında hərbi-texniki sahədə əməkdaşlıq elə də dərin deyil. 
 
Image result for Ermənistanın yeni müdafiə naziri
 
Ayrı sözlə, Sərkisyanın İran səfəri daha çox siyasi-təbliğati niyyət güdür və işğalçı Ermənistanın tək olmadığı, İranın onun yanında yer aldığı haqda Azərbaycana ismarış xarakteri daşıyır, nəinki hərbi aspektdən önəm. Bunu həmçinin Tehranın Bakıya orijinal mesajı da saymaq mümkündür. Bu yerdə İranın müdafiə naziri H. Dehqanın az öncə İsrail baş naziri B.Netanyahunun Azərbaycan səfəri ilə bağlı Bakının ünvanına hədələyici ifadələr işlətməsini də yada salmağa dəyər. 
 
Sözsüz ki, Ermənistanın Azərbaycana qarşı ənənəvi aqressiv davranışında, indi isə aprel rüsvayçılığına görə revanş yanğısı ilə yaşamasında İran amilinin məxsusi yeri var - təbii ki, təcavüzkarın xeyrinə. Vigen Sərkisyanın yeni müdafiə naziri qismində xaricə ikinci səfərini Rusiyadan sonra məhz İrana etməsi də özlüyündə az şey demir.
 
Siyasət şöbəsi
 
musavat.com
 

 

 

 

 

 

 

 

 



9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçiriləcək
00:50 / 08-11-2017
Nəcəfalı Cahangirli: “İnanmıram ki, Qabil Hüseyinli belə müsahibə versin”
22:26 / 09-09-2017
Türk Bölgələri Fraksiyası Elm, tədqiqat və texnologiyalar nazirinin Azərbaycandan seçilməsini istəyir – Urmiyənin millət vəkili
23:52 / 07-09-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
18:10 / 31-08-2017
Test üsulu ləğv ediləcəkmi?
09:15 / 24-08-2017
Ermənistan ordusunun hərbçisi öldü
17:00 / 21-08-2017
Xətaidə şəhid parkında büstü dağıdıb yerində pivəxana açdılar — ŞİKAYƏT
17:55 / 09-08-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
10:22 / 26-07-2017
Zəhralar ölməsin
23:33 / 07-07-2017
Erməni ordusu darmadağın edildi: Xeyli canlı qüvvə və döyüş texnikası məhv edildi – RƏSMİ
23:20 / 07-07-2017
Ermənilərin qətl etdiyi Azərbaycanlı uşaqların STATİSTİKASI
22:35 / 07-07-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
22:09 / 01-07-2017
Elçibəyin doğum günü münasibətiylə “Elçibəy-79” adlı ədəbi-bədii tədbir keçiriləcək
23:42 / 12-06-2017
“Yaddan çıxmaz Qarabağ...”
18:39 / 08-06-2017
22 may 2006-cı il Guney Azərbaycan azadlıq mübarizəsinin yeni mərhələsinin başlanmasıdır
20:17 / 05-06-2017
Tarixi ərazimiz olan İrəvanı hansı şərtlə ermənilərə güzəştə getdik?
18:53 / 05-06-2017